Pavel Durovun sevgilisi milyarderi necə cəlb etmək barədə məsləhət verdi
Bu gün, 12:58
"Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisi Yuliya Vavilova izləyicilərinə milyarderi həyatlarına necə cəlb edə biləcəkləri ilə bağlı tövsiyə verib.
Oxu.Az-ın məlumatına görə, onun sözlərini rusiyalı bloqer Mariya Poqrebnyak şəxsi bloqunda paylaşıb.
"Cavab hər zaman eynidir - özünə fokuslanmaq. İnkişaf etmək, böyümək və həyatı elə bir şəkildə qurmaq lazımdır ki, sevgi bu həyatın sadəcə gözəl bir əlavəsi olsun, problemlərin həlli yox", - deyə Vavilova bildirib.
25 yaşlı Yuliya Vavilova ingilis, ispan və ərəb dillərindən tərcüməçidir. Onun 40 yaşlı Pavel Durovla münasibətləri iki ilə yaxındır davam edir. Vavilova həmçinin 2024-cü ilin avqustunda Durovun Fransada həbs olunması zamanı onun yanında olub.
Vavilova sosial şəbəkələrdə bildirib ki, Durovun həbsi ilə bağlı yaşadığı stres nəticəsində uşağını itirib. Onun sözlərinə görə, bir çox insan Durovun həbsində onu günahlandırıb, bu isə onda təşviş pozuntularına səbəb olub. O, hamiləliyin 10-cu həftəsində dölün ürəyinin dayandığını və uşağın artıq inkişaf etmədiyini öyrəndiyini vurğulayıb.