Əziz Əzizov da kreditin bəlasına düşüb
6-06-2015, 16:04
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla bağlı AzFakt.com-a ilginc informasiya daxil olub. Həmin məlumatda qeyd olunur ki, rayon icra başçısı şəxsi biznesini inkşaf etdirmək üçün paytaxtdakı bankların birindən 2 milyon manat kredit götürüb. İcra başçısının krediti yaxın bir qohumun adına götürdüyü deyilir. Mənbə iddia edir ki, Əziz Əzizov bankdan götürdüyü 2 milyon manat krediti Bakının “Papanin” deyilən ərazisində hündürmərtəbəli bina tikintisinə xərcləyib.
Bildirək ki, Əziz Əzizovun biznes fəaliyyəti ilə məşğul olması barədə mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur. Qeyd edək ki, icra başçısının 2 milyon manat krediti hansı bankdan götürməsi, həmçinin papanin deyilən ərazidəki bina tikintisi ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.
Məsələ ilə bağlı dəfələrlə Cəlilabad icra hakimiyyətinin əlaqə telefonlarına zəng etsək də cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.