Hizbullah orduya döyüş əmri verdi: Hərbi hazırlıq səviyyəsi yüksəldildi
Bu gün, 07:14
Livanın radikal şiə qruplaşması Hizbullah bölgədəki gərginlik fonunda hərbi hazırlıq səviyyəsini artırıb.
Bu barədə Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təşkilat rəhbərliyi döyüşçülərə “istənilən ssenariyə hazır olmağı” tapşırıb. Hazırlıq vəziyyətinin artırılması yaxın günlərdə potensial eskalasiyaya hazırlıq kontekstində qiymətləndirilir.
Qeyd edək ki, Hizbullah son aylarda həm İsraillə sərhəddə, həm də regiondakı müttəfiqləri ilə əlaqəli bir sıra hərbi-siyasi proseslərdə fəal iştirak edir. Bu addım təşkilatın mümkün qarşıdurmalara qarşı cavab tədbirlərini əvvəlcədən gücləndirdiyini göstərir.