Mirzə Fətəli Axundov və xalça oğrusu

Bu gün, 08:04           
Mirzə Fətəli Axundov və xalça oğrusu
Böyük mütəfəkkir ədib Mirzə Fətəli Axundov bir gün evdə olarkən pəncərədən Kür çayına tamaşa edirmiş. Bu vaxt evin xalçaları balkona sərili olub. Onların evinə qonşu olan bağda da çoxlu avara-sərgərdan adam var imiş. Bu avaralardan biri də fürsət axtarırmış ki, xalçanı oğurlayıb aparıb bazarda satsın. Oğru bu məqsədlə balkona yaxınlaşır və xalçaları sürüşdürüb yerə salır və birini qoltuğuna vurub Tiflisin məşhur Şeytanbazarına satmağa aparır. Mirzə Fətəli bütün bunları görürmüş və oğrudan xəbərsiz onun ardınca düşüb izləyir. Bunlar düz gəlib çıxırlar Şeytanbazara. Xalçanı oğurlayan bazarda onu qabağına sərib satmaq istəyəndə Axundov ona yaxınlaşır:
- Xalçanı neçəyə satırsan?
- Çox bahadır, sən ala bilməzsən.
- Əşşi, qiymətini de, alacağam.
Nəhayət, oğru bir qiymət deyir, Axundov da razılaşır , amma bir şərt irəli sürür ki, xalçanı o özü Axundovun evinə gətirsin.
Onlar gəlhagəl düz gəlib çıxırlar Mirzə Fətəlinin evinə. Mirzə oğruya "İndi xalçanı haradan götürmüşdün, ora da qoy" deyəndə, oğru qorxudan ağappaq ağarır. Axundov ona deyir, qorxma, pulu da götür. Oğru təşvişə düşsə də, Mirzə Fətəli onu sakitləşdirərək deyir:
- Bala, götür pulu, amma bir də belə şeylər eləmə…
Paylaşdı: İsbəndiyar Əhədov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru