“Azercell” nazirliyi aldadıb

10-06-2015, 11:55           
“Azercell” nazirliyi aldadıb
1 fevral 2014-cü il tarixində Mobil Nömrələrin Daşınması Xidməti istifadəyə verilib. Əslində, informasiya kommunikasiya texnologiyaları üzrə ekspertlərin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Bakcell” və “Azerfon” mobil operatorlarının bu xidmətdən gözləntiləri böyük idi.
Lakin hər şey əksinə oldu. Məlumatda bildirilir ki, Mobil Nömrə Daşınması Xidməti 8 il yubadılıb. İctimaiyyətə bunun səbəbi texniki prosedurla izah olundu. Xəbərdə deyilir ki, bu məsələdə pərdəarxası məqamlar var. Məlum olub ki, əslində, “Bakcell” və “Azerfon” bu xidmətə 2 il qabaq hazır olduqlarını bəyan ediblər. Ancaq “Azercell” bu sahəni inhisara alıb deyə mümkün olmayıb. Şirkət bütün sektorları bir əldə cəmləşdirib və mobil operator bazarında hegemonluq etməyi qarşısına məqsəd qoyub. Bildirilir ki, MND, yəni nömrələrin daşınması nazirlikdə müzakirə olunmağa başlayanda “Azercell” şirkəti təşvişə düşüb. Şirkət rəhbərliyi dərhal buna texniki cəhətdən hazır olmadığını açıqlamaqla işi yubatmağa nail olub. Bu baxımdan digər mobil operatorlar gözləməli olub. Bu xidmət o zaman istifadəyə verildi ki, hər abonentdə artıq 3 mobil operatorun sim-kartı vardı. Odur ki, şirkət 776 abonentini itirib. Bu isə “Azercell”dən kütləvi şəkildə narazılıq olduğu və əhalinin imtina etməyə başladığı anlamına gəlir. Məlumatı verən mənbə daha detallı faktları açıqlayıb. Mövzunu davam etdirəcəyik.(tia.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.