Keçmiş nazirin “sağ əli” olan Emil Məmmədov və Samir Məmmədov kimdir?
11-06-2015, 11:23
Keçmiş nazirin “sağ əli” olan Emil Məmmədov və Samir Məmmədov kimdir?
Son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanların nəticələri ilə bağlı açıqlaması cəmiyyətdə çox ciddi müzakirə olunur
Doğrudan da, şagirdlərin yetərli hissəsisinin öz doğma dilindən, texniki fənlərdən ən aşağı qiymət alması cəmiyyəti ciddi düşündürür. Bəs, dövlətin təhsilin inkişafına ayırdığı milyonlar hara sərf olunur? Axı, dövlətimiz təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyaların tətbiqinə, orta məktəblərdə kompüterləşməyə böyük miqdarda vəsaEmil Mamedov 4it ayırır. Bəs niyə nəticə yoxdur..? Apardığımız araşdırmalar zamanı bizə bəlli oldu ki, 4000-dən artıq orta məktəbin kompüterləşməsi məsələsi hələ keçmiş nazir Misir Mərdanovun vaxtından düzgün əsaslarla aparılmayıb.
Qafqaz Xəbər Agentliyinin redaksiyasına daxil olan məlumata görə, məktəblərin kompüterləşməsi məsələsində xeyli maxinasiyalar olub. Beləki, kompüterlər ucuz qiymətə alınsa da baha qiymətə sənədləşdirilib. Və ortada milyonlar mənimsənilib.
Bu “əməliyyat”da “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi və digərləri fəal iştirak edib. “Mədəd”-in kimə məxsus olması ilə bağlı “Qafqaznews” olaraq xırda araşdırma apardıq. Məlum oldu ki, keçmiş nazir Misir Mərdanovun vaxtında orta məktəblərin kompüterləşdirilməsində məhz “Mədəd”in sədri Emil Məmmədov nazirin “sağ əli” olub.
Məktəblərin kompüterləşməsinə “şəxsi biznesi” kimi baxan şəxslərdən biri də Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Samir Məmmədovdur. Maraqlıdır ki, keçmiş nazirlə çox yaxın olan bu şəxslər bu gün eyni “intensivliklə” təzə nazir Mikayıl Cabbarovla da əməkdaşlıq edirlər.
Hətta Samir Məmmədovun vəzifəsini yeni nazir biraz da böyüdərək, onu Təhsil Nazirliyinin Resurs Mərkəzinin direktoru təyin edib. Ümumiyyətlə, orta məktəblərin kompüterləşməsini özləri üçün əla qazanc mənbəyinə çevirən şəxslərlə bağlı araşdırmalarımız davam edir.
Tumar