"Baku Clinik"də nə baş verir? - Baş həkim niyə işə çıxmır?.. - "İndi şikayətçilər onun dalınca “Baku Clinik”ə gəlir"...
29-07-2015, 21:33
Azərbaycanın tanınmış özəl tibb ocaqlarından sayılan “Baku Clink”də ciddi kadr dəyişikliyi baş verib. Bu barədə Azinforum.az-a klinikada çalışan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, “Baku Clink” in baş həkimi Quliyeva Munisə bir neçə gündür işə çıxmır: “Onun bəzi nöqsanlara görə tutduğu vəzifədən azad edildiyi bildirilir. Xüsusilə də, estetik cərrahiyə ilə bağlı həyata keçirilən uğursuz əməliyyatlardan daha çox narazılığın olduğu söylənilir”.
Mənbənin sözlərinə görə, bu sahədən olan şikayətlərin çoxu yenicə klinikaya işə qəbul edilən estetik cərrah Şahin Əskərovla bağlıdır: “Şahin Əskərov bir çox başqa klinikalarada işləyib. İndi şikayətçilər onun dalınca “Baku Clinik”ə gəlir. Təbiidir ki, bu da özəl tibb mərkəzi haqda mənfi imic yaradır. Rəhbərliyin apardığı araşdırmalardan sonra bəlli olub ki, Şahin Əskərovu işə məhz Munisə xanım heç kimlə razılaşdırmadan qəbul edib. Baş həkimdən olan narazılığın kökündə bu amilin durduğu bildirilir”.
Azinforum.az olaraq, sözügedən klinika ilə əlaqə saxladıq. 465-06-06 nömrəsinə cavab verən xanım əməkdaş Munisə xanımın hazırda iş başında olmadığını təsdiqlədi: “Baş həkim işdən çıxarılmayıb. Məzuniyyətdədi. Yaxın vaxtlarda işə çıxacaq”.
Onu da vurğulamaq olar ki, Azərbaycan praktikasında bir çox mühüm dəyişikliklər məhz məzuniyyət adı ilə baş verir.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.