SOKAR şəhərdə gedən binaların təmir layihələrinin maliyələşməsini dayandırıb
30-07-2015, 23:33
teref.aznun poçtuna bir çox binaların sakinlərindən yarımçıq qalmış təmirlərlə bağlı şikayətlər gəlir. Həqiqətəndə bizim müşahidələrimizə görə Bakının çox yerində Avropa oyunları qabağı aparılan təmirlər yarımçıq dayandırılıb. Bu da vətəndaşları mənzillərinin qarşıda gələn payız və qış fəslində bərbad hala düşəcəyi qorxusu qarşısında qoyub. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, biz bir qədər əvvəldə Bakı şəhərində üzlüklənən və damları milli şəhərsalma üslubumuza uyğunlaşdırılan binaların təmirindən və bu təmirin SOKAR tərəfindən maliyyələşdirilməsi haqqında yazmışdıq. Əldə etdiyimiz məlumata görə SOKAR bu layihələrin maliyələşməsini dayandırıb. teref.az olaraq biz bunlarla bağlı poçtumuza gələn şikayətlərin araşdırılmasına başlayırıq. teref.azya hansı şirkətlərin bu təmirləri apardığı məlumdur, lakin araşdırmalarımızı qurtarandan sonra onlarla sizi tanış edəcəyik.Bu məsələyə marağın böyük olduğunu nəzərə alaraq teref.az araşdırmanın nəticələri ilə oxucuları tanış edəcək. Bizi izləyin. teref.az