10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsində korrupsiya tüğyan edir

31-07-2015, 02:18           
10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsində korrupsiya tüğyan edir
Texniki baxışda korrupsiya amili

Azərbaycanda yol polisi sistemində baş verən qanunsuzluqlar barədə dəfələrlə yazılıb, faktlar açıqlanıb.

Daxili İşlər Naziliyi və Respublika Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qanunsuzluqların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görülsə də, bu sahədə qanunsuzluqlar hələ də qalmaqdadır.

Ölkədə korrupsiya və rüşvətxorluğun nəhəng “bazalarından” biri də BDYPİ-nin Tovuzda yerləşən 10 saylı qeydiyyat imtahan və maşınların texniki baxışdan keçirilməsi bölməsidir. Sürücülük məktəbi müdavimlərinin burada necə imtahan verməsi, sürücülük sənədinin neçəyə başa gəlməsini el-aləm daha yaxşı bilir.

Bu bir yana…

Burada texniki baxış sürücüləri “könüllü” rüşvətə sürükləyir.

Bu dəfə Mediaxeberleri.az-a başqa səpgidə məlumat daxil olub. Məlumat uzun müddət Qazax Rayon Polis Şöbəsində sahə müvəkkili, sonra cibinin gücünə Qazax YPB-də müfəttiş işləmiş, daha sonra BDYPİ-nin Tovuz bölməsində maşınların texniki baxışdan keçirilməsi sahəsinə keçən, polis mayoru Arzu Bayramov haqqındadır. Verilən xəbərə görə, Arzu Bayramov polis paqonuna hörmətlə yanaşmadan 2o manatdan yuxarı texniki baxışa 40-50 mant alır. Özü də nəğd şəkildə. Texniki baxışdan keçəcək maşının heç yanına da yaxınlaşan olmur. Yəni iş hədsiz başdansovdu aparılır. Təki yol polis işçilərinə yalnız istədikləri məbləğdə pul çatsın. O da vurğulanır ki, “bir nəfər sürücü Arzu Bayramovla dava edərək texniki baxışın qiymətini banka keçirəcəyini bildirir. Həmin şəxs Tovuzda pul keçirmək üçün banka girəndə bank işçiləri də məəttəl qalırlar: “texniki baxış üçün hələ banka pul keçirən olmayıb, deyərək gülümsəyirlər””.

Görmüşük ki, polis cinayətkarlığa qarşı mübarizə aparar.

Bəs Arzu Bayramov kimilərinə qarşı kim mübarizə aparmalıdır?

Bəlkə bu da yalandır?

Qarşı tərəfi də dinləməyə hazırıq.




www.mediaxeberleri.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.