Qəbələ "İlk İnşaat" şirkətində fəhlələrə hansı sənədləri imzaladırlar

31-07-2015, 14:56           
Qəbələ "İlk İnşaat" şirkətində fəhlələrə hansı sənədləri imzaladırlar
teref.az saytına verilən məlumata görə, saytımızda Qəbələ “İlk İnşaat” şirkətində baş verən özbaşınalıqlarla bağlı yazılardan və sahədə baş vermiş insidentdən “Qəbələ “İlk İnşaat” şirkətində Azərbaycanlı Türk fəhlələr arasında dava olub - Xəsarət alan var FOTO” 29.07 2015.
sonra Qəbələ “İlk İnşaat” rəhbərliyi, tikintidə iki aydan bəri heç bir sənədsiz çalışmaqda olan üzlük “qaya daşı” montaj edən işçiləri (Qəbələ Gömrük Postu rəisinin Vüqar Qismətovun qardaşı FHN- də işləyən Cəlil Qismətov və onun qaynı Anar Şahverdiyevin işçiləri) təcili olaraq bu gün işə çağırıblar. Obyektə gələn işçilərdən təcili işə qeydə alınmaları üçün lazım olan sənədləri hazırlayaraq gətirmələri tələb edilib ( Sağlamlıq kağızı,arayışlar və sair ). Xatırladaq ki, 29 iyulda obyektdə baş verən davadan sonra işçiləri “təkrar çağırana kimi “ tətilə buraxmışdılar.
Onuda qeyd etmək istəyirik ki, fəhlələrin dediyinə görə onlara çoxlu sənəd imzaladıblar. Fəhlələrin dediyinə görə, onlar hətta nəyə imza atdıqlarını bilmirlər.
Maraqlıdır bəs iki ay qaçaq çalışdırmalarını necə gizlədəcəklər ?
Bütün bu məsələlərlə sizi növbəti sayımızda tanış edəcəyik.
Araşdırmalar davam edir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.