Xocavənd rayonunda səhiyyənin xarabalıqları var, özü isə yoxdur- Baş həkimin korrupsiya dosyesi

13-08-2015, 12:19           
Xocavənd rayonunda səhiyyənin xarabalıqları var, özü isə yoxdur- Baş həkimin korrupsiya dosyesi
Xocavənd rayonunda səhiyyənin xarabalıqları var, özü isə yoxdur

Mərkəzi Xəstəxanada 300 çarpayı fəaliyyət göstərməli olsa da, heç 30 çarpayılıq yerdə yoxdur; baş həkim dövlətin ayırdığı dərmanları Beyləqan apteklərində satdırır; Xocavənd səhiyyə idarəsində çalışan 376 tibb personalından yarıdan çoxu yarımştat fəaliyyət göstərir...

Xocavənd rayon Mərkəzi Xəstəxanasının adı olsa da, özü yoxdur. Bunu Xocavənddə olan AzMedia.info saytının əməkdaşı müşahidə edib. Qeyd edək ki, çox saylı şikayətlər üzərinə saytımızın əməkdaşı Xocavənd Mərkəzi Xəstəxanasında olub. Daxil olan şikayətlərdə göstərilirdi ki, Xocavənd Mərkəzi Xəstəxanası başlı başına buraxılıb. Baş həkimi xəstələr maraqlandırmır və xanım Bəşirovanı yalnız gündəlik «gəlirləri» ilə məşğul olur.

Şikayətçilərdən biri qeyd edir ki, baş həkim Nurəngiz Bəşirova dövlətin Xocavəndə ayırdığı dərman və tibb pereparatlarını Beyləqanın mərkəzində yerləşən aptekdə satdırır. Bu yolla hər il baş həkim yüz min manatdan artıq gəlir əldə edir. Doğurdan da əmkdaşımız Xocavənd Mərkəzi Xəstəxanasında olarkən dərman şkaflarını tamamilə boş olduğunu müşahidə edib. Hətta şkaflarda adi spirt, pambıq və bint belə qoyulmayıb.

Başqa bir şikayətdə isə qeyd olunurdu ki, şəkər xəstələri üçün dövlət tərəfindən pulsuz ayrılan dərmanları və lazım olan şəkər analizi üçün çubuqlar xəstələrə verilmir. Belə ki, baş həkim şəkər analizi üçün çubuqları apteklərdə 14 manata satdırır. Müraciət edən xəstələrə isə deyilir ki, dövlət dərman və şəkər analizi üçün çubuqları hələ ayırmayıb. Bizə gələndə biz də sizə verəcəyik. Gedin apteklərdən alın.

Qeyd edək ki, bütün bunlarla bağlı əməkdaşımıza baş həkimin köməkçisi bildirib ki, o bu suallara cavab verə bilməz. Başə həkimlə görüşmək istədiyimizi köməkçinin nəzərinə çatdırdıqda isə, o Nurəngiz xanımın xəstə yanında olduğunu söylədi. Halbıki biz xəstəxanada bir nəfər də olsun xəstə ilə rastlaşmadıq. Sakinlərdən öyrəndik ki, ümumiyyətlə xocavəndli xəstələr Xocavənd Mərkəzi Xəstəxanasından uzaq qaçırlar. Onlar ya qanşu rayonlarda, ya da İranda müalicə olunmağa üstünlük verirlər. Bunun səbəbi isə Xocavənd Mərkəzi Xəstəxanasında xəstələrlə heç kimin maraqlanmaması və normal həkim briqadasının olmamasıdır. Ümumiyyətlə bir çox hallarda xəstəxanalarda həkim belə tapmaq olmur.

Bizim israrlarımızdan sonra köməkçi baş həkimin müavini ilə danışmağımızı məsləhət gördü. Lakin baş həkimin müavini də suallarımızı cavablandıra bilməyəcəyini və Nurəngiz xanıma müraciət etməyimizi məsləhət gördü. Nəhayət ki, Nurəngiz Bəşirova otağından çıxdı və elə çıxan kimi də qışqırmağa başladı: «Sizə kim icazə verib ki, başçıdan (Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovu nəzərdə tutur), icazəsiz burda araşdırma aparırısınız? Siz jurnalistlərin əlindən heç bir iş görəbilmirik. O dəqiqə sizə məlumat verirlər, sizdə ictimailəşdirirsiniz. Əgər məndən yazsanız sizi məhkəməyə verəcəm və 100 min manat təzminat qoyduracam boynunza». Baş həkim bu sözləri söyləyərək gəldiyi kimi də otağına döndü.

Biz isə xəstəxananı tərk etdik. Amma çıxmamışdan öncə bəzi məlumatları da öyrənə bildik. Məlum oldu ki, Xocavənd Mərkəzi Xəstəxanasında 376 tibb personalı çalışır və bu personalın yarıdan çoxu yarımştat fəaliyyət göstərir. Bu isə qanunlara ziddir. Adının çəkilməsini istəməyən xəstəxana işçisi bildirdi ki, baş həkim yarımştat olaraq işə aldığı hər kəsdən 500-700 manat arası pul alıb və onları işə qəbul edib. O adamların heç biri isə işə çıxmır. Bundan başqa sənədlərdə Mərkəzi Xəstəxanada 300 çarpayı göstərilsə də, faktiki olaraq bir neçə palata fəaliyyət göstərir və bu palataların ümumi çarpayı sayı 30-dan azdır. Buna baxmayaraq baş həkim hər ay 300 çarpayıya uyğun xərclər sənədləşdirir və dövlətin pullarını mənimsəyir.

Mənbəmizin bildirdiyinə görə baş həkimin digər qazanc yerlərindən biri də müəllimlərə xəstəlik bülletenləri satmaqdır. Belə ki, təhsil şöbəsi ilə və məktəb direktorları ilə əlbir çalışan baş həkim müəllimlərə 50 manata xəstəlik arayışları satır. Həmin müəllimlər isə məktəblərdə şagirdlərə dərs keçmək əvəzinə ya bazarlarda alver edirlər, ya da usta olaraq şəxsi evlərdə işləyirlər.

Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova rayonun ən varlı insanlarından biri hesab olunur. Rayonda hətta xanım baş həkimin icra başçısı Eyvaz Hüseynovdan heç də kasıb olmadığını bildirdilər.

Qeyd edək ki, zaman-zaman mətbuatda Nurəngiz Bəşirovanın villaları və xaricdə bahalı otellərdə istirahət etməsi barədə məlumatlar yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.