Eldar Quliyev dekanlardan çəkinir: Kooperasiya Universitetində ŞOK OLAY
21-03-2018, 00:23
Azərbaycan Kooperasiya Universitetində bazar qanunları bu gündə davam edir.
Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, universitetin rektoru Eldar Quliyevin şəxsən özünün göstərişi əsasında həyata keçirilir. Xatırladaq ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev eyni zamanda millət vəkilidir. Lakin rektorun rəhbər olduğu universitetdə rüşvətin tuğyan etməsi heç də şok doğuracaq bir hadisə deyil. Ən azından ölkə mətbuatı bu barədə kifayət qədər məlumatlar yayımlayır. Digər tərəfdən Kooperasiya Universitetinə qanunsuz tələbə köçürülməsi ilə bağlı konkret şikayətçilərin olduğunu nəzərə alsaq bir daha univerisitetdə nələrin baş verdiyini şahidi oluruq. Bu günlərdə redaksiyamıza məlumat verən mənbə bildirir ki, univerisitetdə dekanlar hər smestr imtahanlarında tələbələrdən 700-800 manat pul tələb edilir. İmtahanlardan uğurla keçən tələbələr belə nəzərə alınmır.
Adını açıqlamasını istəməyən tələbənin dediklərindən: ldən-ilə qiymətlər də qalxır. Müəllimlər isə oxuyan tələbə ilə oxumayan tələbə arasında heç bir fərq qoymur. Onu da deyim ki, hər semestr vaxtı müəllimlərlə yanaşı, sinif nümayəndələri də babat pul qazanır. Məsələn, imtahanın biri üçün 100 manat veririksə, onun 20 manatı sinif nümayəndəsinə qalır. Çox vaxt qaibləri də onun vasitəsilə sildiririk. Tapşırırıq, o da bizə qaib yazdırmır. Qaibin biri 6 manatdır. O isə 4 manata silir”.
Digər bir tələbənin dediklərindən: “3″ almaq istəyən 30, ”4″ almaq istəyən 60, “5″ almaq istəyən tələbə isə 100 manat ödəməlidir: ”İmtahana girməzdən öncə pulumuzu alırlar. Ancaq imtahan başlayandan sonra müəllim deyir ki, mən sizi tanımıram. İmkan olsa, imtahanın sonunda sizə kömək edərəm. Təhsil Nazirliyinin nümayəndələri də imtahan prosesində iştirak etdiyi üçün suallara cavab yazmaq üçün heç bir vasitədən istifadə etməyə qoymurlar. Ona görə də verdiyimiz pulların bir nəticəsi olmur. Ancaq imtahan öncəsi müəllimlər bizi kəsəcəkləri ilə hədələyirlər. Pul verəndə heç olmasa imtahandan keçəcəyimizə 20 faiz inanırıq. Bəzən çoxları pul versələr də kəsilirlər. Müəllimlər imtahandan sonra tələbələrin pulların geri qaytarmır”.
Universitetdə dekan Nadir müəllim və köməkçisi Eldəniz müəllim daha çox canfəşanlıq edir. Tələb olunan məbləğ verilmədikdə tələbə univerisitətə buraxılmır. Görünür, yuxarıda adı hallanan şəxslər rektordan belə çəkinmək fikrində deyillər. Əlbətdə ki, lazımı şəraiti məhz rektor E. Quliyev yaradıb.
Növbəti yazılarımızda məqalədə adı hallanan şəxslərin mövqeyini dərc edəcəyik. Bizi izləməyi unutmayın.