Salyanda su gərginliyi böyüyür: Tahir Yusifov isə pul qazanmağa üstünlük verir

21-03-2018, 00:05           
Salyanda su gərginliyi böyüyür: Tahir Yusifov isə pul qazanmağa üstünlük verir
Pambıq əkmək üçün torpaqlarını arata qoya bilməyən Salyan rayon sakinləri AzFakt.com-a şikayət ünvanlayıblar.


Şikayətçilər bildirirlər ki, onlar pambıq əkmək üçün əkin sahələrini arata qoymalıdırlar. Lakin su onun qonşuluğunda olan balıq gölməçələrinə axır: “Tahir Yusfov prezidentin pambıqçılığı inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarını sabotaj edir”- deyə, kənd sakinləri bildirir.

Salyan rayonun əksər kəndlərində əkin sahəlrinn suvarılması ilə bağlı problemlər meydana çıxıb. Belə ki, Salyan Suvarma Sistemləri İdarəsini müdiri əkin sahələrinə su vermir. Bu da kəndlilərin haqqlı narazılığına səbəb olur:

“Bu il qış ayında yağıntıların məhdud olması kənd təssərrüfatı sahəsində bəzi problemlərin yaranmasına səbəb oldu. Hazırda taxıl və yonca səhələrinin təcili suvarılmasına, həmçinin pambıq əkiləcək əkin sahələrinin arata qoyulmalıdır. Lakin Salyanın əksər kəndlərində əkin sahələrini suvarmaq və pambıq sahələrini arata qoymaq üçün Salyan Suvarma Sistemləri İdarəsində su ala blmirik. Bunun səbəbi isə çox sadədir. Salyan Suvarma Sistemləri İdarəsini müdiri Tahir Yusifov suyu balıq saxlanılan süni göllərin sahiblərinə satır”.

Şikayətçilər qeyd edir ki, Tahir Yusifov ancaq pullu adamların və məmurların sahib olduğu torpaqlara su verir. Kasıb təsərrüfat sahibləri isə Allahın ümidinə qalıb.

Şikayətçilər yazırlar: “Hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır. Əkin sahələrinə verilən suyun normadan aşağı olması və su arxlarının bərbad olması bizim işimizi çətinləşdirir. İdarənin tabeliyində xeyli sayda texnikanın olmasına baxmayaraq su kanalları təmizlənmir. Hər il biz məcbur qalaraq qazandığımız qəpik-quruşdan, balalarımızın boğazından kəsərək kanalları təmizlədirik. Tahir Yusifov ilboyu varlı adamların, məmurların torpaqlarına gedən su kanallarını təmizlətməklə məşğuldur”.

AzFakt.com olaraq xatırladaq ki, Salyan rayonunda Tahir Yusifou “dollar Tahir” ayaması ilə çağırırlar. Uzun illərdən Salyan Suvarma Sistemlərində müdir vəzifəsində çalışan Tahir Yusifov “stajlı korrupsioner məmur” kimi tanınır. Məhz onun müdir işlədiyi dövrlərdə Salyan Suvarma Sistemləri İdarəsi demək olar ki, rayonda bir nömrəli korrupsiya yuvasına çevrilib.

Salyan Suvarma Sistemləri İdarəsinin hesabına “kiçik oliqarxa” çevrilən Tahir Yusifovun sərvətininin isə sayı hesabı yoxdur. Onun paytaxt Bakıda 7-8 evinin, Salyan şəhərində bir neçə obyekti, Lənkəranda və Qubada dəbdəbəli imarəti, rayonda böyük balıqçılıq vətəgələri və xeyli bilmədiyimiz mal-mülkü mövcuddur.

Xatırladaq ki, Tahir Yusifovun ölkə mətbuatında adı müxtəlif qalmaqallarda hallanıb. Belə ki, saytlardan birinin yazdığına görə Tahir Yusifov Salyanda həmçinin “qumarbaz” kimi də tanınır. Qeyd edək ki, bununla bağlı məlumatlar məlumat Yusifov tərəfindən təkzib olunmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.