Sıfırlar Mikayıl Cabbarovu niyə təəccübləndirdi
13-04-2018, 00:20
Ötən ilin dekabr ayının 5-də vergilər naziri təyin olunan Mikayıl Cabbarov yeni iş yerində elə birinci gün şoka düsübmüş.
GunAz.org-a daxil olan məlumatlara görə, Vergilər Nazirliyində tətbiq olunan paket sistemi barədə məlumatlar Mikayıl Cabbarovu çox təəccübləndirib. Belə ki, nazir müavinlərinə, departament, idarə və şöbə rəislərinə verilən aylıq paketlərin məbləği Mikayıl Cabbarovu sözün əsl mənasında şoka salıb. Yeni nazirə təqdim olunan məlumatlarda nazir müavinlərinə 200 min, departament və idarə rəislərinə 100 min, şöbə rəislərinə 50 min, nazirin müşavirlərinə 150 min manat aylıq paket verildiyi əksini tapıbmış. Yeni nazirin sözügedən rəqəmlərə ilk reaksiyası isə sıfırların birinin artıq olması ilə bağlı olub. Amma yeni nazirə bildirilib ki, rəqəmlərdəki sıfırların sayı düzdür. Məhz bundan sonra Vergilər Nazirliyində korrupsiyanın hansı səviyyədə olması ilə bağlı Mikayıl Cabbarovda ilkin təsəvvürlər formalaşıb.
Məlumatda bildirilir ki, Mikayıl Cabbarov ona təqdim olunan ilk məlumatlardan sonra nazirlikdə yüksək vəzifə tutan və böyük məbləğdə aylıq paket alan şəxsləri işdən çıxarmağa başlayır. Bu zaman Mikayıl Cabbarov üçün həmin şəxslərin hansısa yüksək çinli məmurların qohumu və ya adamı olmasına heç bir əhəmiyyət kəsb etmir. Görülən operativ tədbirlər 2018-ci ilin ilk aylarının vergi öhdəliklərinə təsirsiz ötüşmür və vergi planı nəzərdə tutulandan artıq yerinə yetirilir…