“Azercell” xalqı soyur, aldadır, pulunu oğurlayır: prezidentə müdhiş dosye - Araşdırma

13-04-2018, 00:00           
“Azercell” xalqı soyur, aldadır, pulunu oğurlayır: prezidentə müdhiş dosye - Araşdırma
Elə gün olmur ki, mobil operator şirkətlərindən şikayətlər gəlməsin

Sosial şəbəkələrdə, mətbuatda “Azercell” və “Bakcell”dən saysız-hesabsız dələduzluq, fırıldaq faktlarına rast gəlmək olar.

Abonentləri soyan mobil operatorlara “dur” deyən tapılmır. Bu şirkətlər rəsmən soyğunçuluq edirlər, insanların cibinə girirlər, pulunu oğurlayırlar.

Elə bu günlərdə “Azercell”in SMS vasitəsilə keçirdiyi yarışmadakı fırıldaq vətəndaşların bir neçə min manat ziyana düşməsi ilə nəticələnib.

Sumqayıt sakinləri Əsgər Cahangirov və Azər Rzayevin fırıldaq qurbanı olması məhkəmə qərarı ilə təsdiq edilib.

Yarışmanı SMS vasitəsilə “Azercell” keçirsə də, yarışmada xaricdə səyahət paketi udan vətəndaşlara paketini təqdim emək vəzifəsini partyoru olduğu deyimi şirkətin üzərinə atıb. Bununla da “Azercell” məsuliyyətdən yayınmaq məqsədi güdüb.

Belə ki, SMS vasitəsilə pulsuz tur-pake qazanan Əsgər Cahangirov “Azercell”in Bakı şəhəri Rəşid Behbudov küçəsində yerləşən ofisinə dəvət edilib.

Burada ona bildirilib ki, turizm paketi “Azercell”in parnyor şirkəti olan “Motion Vacation Club” turizm firması tərəfindən təqdim ediləcək.

Sözügedən turizm firması isə ona bir neçə yer təklif edib. Ə.Cahangirov Şimali Kipr Türk Respublikasını seçib.

Üstəlik, dostu Asəfə də eyni paketi pulla almağı təklif edib ki, ailələr birlikdə istirahət etsinlər.

Şirkət onları Kiprdə 5 ulduzlu lüks otelə aparmağa söz versə də, onları ucqar bir ərazidə ümumiyyətlə ulduzu olmayan adi bir pansionatı göstəriblər.

Dərhal turizm şirkəti ilə əlaqə saxladıqda isə onlara bildiriblər ki, səs-küy salmayın, öz hesablarına istədikləri oteldə qalsınlar, qayıtdıqdan sonra bütün xərc firma tərəfindən onlara ödəyəcək.

Ancaq Azərbaycana qayıtdıqdan sonra verilən vədə əməl edilməyib və iş məhkəməyə qədər gedib çıxıb.

FİA.Az-ın məlumatına görə, “Azercell”in soyğunçuluğu, fırıldağı ilk dəfə baş vermir.

Abonentlərdən birinin məlumatına görə, Azercell-in heç bir internet paketindən istifadə etmədiyi halda hər həftə balansından 1 manat silinir və ona əvəzində 200 MB internet verilir.

Bildirilir ki, 200 MB internetdən 1 həftə ərzində istifadə olunmalıdır. Abonent qeyd edir ki, o, yalnız wi-fi vasitəsilə internetə qoşulduğu halda Azercell-dən mesaj gəlib ki, 200 MB hədiyyə internet paketi aktivləşdirildi.

“Halbuki mən bunu istəmirdim. İcazəm olmadan paketi aktivləşdiriblər. Birinci həftə pulsuz internet paket təqdim olunur və həmin həftə bitdikdən sonra növbəti həftələrdə hər dəfə balansımdan bir manat çıxılır.

2525-ə STOP yazıb göndərsəm də paket ləğv olunmadı, mesajımın səhv olduğu barədə məlumat verildi”, – deyə abonent bildirib.

Tanınmış ictimai xadim professor Qulu Məhərrəmli də özünün sosial şəbəkədəki hesabında “Azercell” mobil operatorun fəaliyyətini kəskin tənqid etmişdi.

“AZERCELL bu ölkədə ən soyğunçu, ən yarıtmaz xidmət göstərən, müştərilərini addımbaşı aldatmağa çalışan, ən müxtəlif və nalayiq üsullarla əhalinin cibinə girən, faktiki olaraq quldurluq edən mobil operatordur”.

Ə.Cahangirovun başına gələnlərə qayıtdıqda isə əlavə edib ki, bizi apardıqları yer isə quraq səhraya bənzər yerdə tikilmiş şəraitsiz bir məkan idi:

“Dərhal bizi qarşılayan bələdçimizə etirazımızı bildirərək məsələni şirkətlə müzkirə etməyi tələb etdik.

Şirkətlə telefon əlaqəsi yaratdıqdan sonra bildirdilər ki, siz başqa bir oteldə qalın, geri döndükdə biz sizin pulunuzu özünüzə geri qaytararıq.

Buna görə də biz məcbur olaraq bundan sonra Şimal Kipir Türk Respublikasında yerləşən otellərdən birində, daha dəqiq desək, “Elexus” oteldə xeyli miqdarda pul xərcləyərək qalmalı olduq”.

Şikayətçilər ölkəyə qayıtdıqdan sonra cavabdeh sirkətə müraciət edərək, aldadılmaları nəticəsində vurulan ziyanın ödənməsini istəyiblər.

Bunun üçün isə bilet alınması, oteldə qalmaq və yemək xərcləri ilə bağlı ödənişləri təsdiq edən qəbzləri də təqdim ediblər.

Ancaq şirkət rəsmiləri bundan imtina edib və onlara 1000 manat ödəyə biləcəyini, qalan məbləği isə hissə-hissə verəcəklərini deyiblər.

Fırıldaq qurbanları isə bununla razılaşmayıb: “Biz də əvvəlcə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edik. Polisdə bildirdilər ki, mülki məsələ olduğu üçün məhkəməyə mülki iddia verilməlidir”.

Bundan sonra hər iki şəxs Yasamal rayon məhkəməsində iddia qaldıraraq, maddi ziyana görə 5760 manat, mənəvi ziyana görə isə 5000 manat məbləğində şirkətdən pul tutulmasını xahiş edib.

Məhkəmənin gedişatında şirkət onlara dəymiş ziyanın qarşılığında 1000 manat ödəməyi təklif edib, iddiaçılar isə tam məbləği tələb ediklərindən, razılaşmayıblar.

Məhkəmə 06.12.2016-cı ildə iddianın maddi təzminat hissəsini tam, mənəvi təzminat hissəsini isə qismən təmin edib.

Məhkəmənin qətnaməsinə görə, “Motion Vacation Club” maddi ziyana görə 5760 manat, mənəvi zərərə görə isə 1500 manat və iddia üçün ödənilmiş dövlət rüsumu 20.10 manat olmaqla ümumilikdə cavabdehlərə 7280.10 mana ödəməlidir.

Şikayətçilər bildirirlər ki, Ədliyyə naziriyinin Yasamal rayon icra şöbəsi isə həmin vaxtdan bəri “bu gün-sabah” deməklə qətnamənin icrasını təmin etmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.