Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlar - sensasion məlumatlar

13-04-2018, 07:00           
Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlar - sensasion məlumatlar
Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlarNərimanov rayon icra başçısı Abdin Fərzəliyevin tikintisinə sərəncam verdiyi “Dağlar” MTK-ya məxsus binadan ev alanlar fırıldağın qurbanı olub
Ali Məhkəmə ziyan görən vətəndaşların şikayətinə aprelin 18-də baxacaq.

“Dağlar” MTK rəhbərliyinin bilavasitə iştirakı ilə bir mənzilin 5-6 nəfərə satılması prosesi 2013-2014-cü illərdə həyata keçirilib. Vətəndaşların 2 milyon dollardan çox pulu dələduzluq yolu ilə mənimsənilib.

Mütəşəkkil cinayətkar dəstənin qurbanı olan 30-dan çox vətəndaş bu dəfə Ali Məhkəmədən ədalətli qərar çıxarılacağına ümid edirlər.

Lakin bir mənzili 5-6 nəfərə satan dələduzların himayə olunması üçün növbəti bir oyun olacağını bildirirlər.

Vətəndaşların aidiyyatı dövlət qurumlarına göndərdiyi müraciətlərdə cinayətkarların cəzalandırılmasını və onlara dəyən maddi və mənəvi ziyanın qaytarılmasını tələb edirlər.

Sitat: “2014-cü ildə 30-dan çox vətəndaş Bakı ş, Nərimanov rayonu, Təbrik küçəsi, ev 63 ünvanda yerləşən “Dağlar” MTK-nın vəzifəli şəxsləri Şahin Əliyev, Çingiz Rzayev və başqaları tərəfindən dələduzluq faktına məruz qalmışıq.

Faktla cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparıldı.

Baxmayaraq ki, bu cinayət əməli mütəşəkkil şəkildə həyata keçirililmişdir, istintaq orqanı məsuliyyəti tək bir şəxsin MTK-nın sədri Şahin Əliyevin üzərinə qoydu.

Belə ki, cinayət əməllərində iştirakı olmuş başqa şəxslər, o cümlədən “Dağlar” MTK-nın təsisçilərindən biri və faktiki sahibi Çingiz Rzayevi şahid qismində tanımaqla istintaq orqanı kifayətlənmiş və onu məsuliyyətdən yayındırıb”.

Zərərçəkmişlər deyirlər ki, dövlət notariusu Ərəstun İmanov bir mənzilin bir-neçə nəfərə satılmasında iştirak edib, saxta müqavilələri rəsmiləşdirib.

Bütün bunlara baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə öz aralarında “iş birliyi” quraraq vətəndaşları evsiz qoyublar.

“Dağlar” MTK-ya məxsus 890 m2 qeyri-yaşayış sahəsinə “yalançı” həbs qoymaqla payçıları aldadaraq arxayın edib.

FİA.Az-ın verdiyi xəbərə görə, mütəşəkkil cinayətkarlıq faktını ört-basdır edərək, cinayətdə iştirakı və təqsiri olan şəxsləri məsuliyyətdən yayındırılıb.

Sakinlər deyirlər ki, bu illər ərzində biz o qənaət gəlmişik ki, adları çəkilən qurumlar pulumuzun, yaxud mənzillərimizin bizə qaytarılmasında nəinki maraqlı deyillər.

Hətta külli miqdarda pulun mənimsənilməsində əlləri olan cinayətkar dəstəyə himayədarlıq etməkdə israrlı görünürlər.

Zərərçəkənləri də narazı salan əsas məqam budur. Nə itirdikləri yüz min dollarla pulunu ala bilən, nə də əsl cinayətkarların cəzalandırılmasına nail ola bilməyən vətəndaşlar prezident İlham Əliyevdən kömək istəyirlər.

Sakinlər bildirirlər ki, dələduzluq əməllərini, bu işin təşkilatçısı və pulların böyük hissəsini mənimsəmiş kooperativin Sahibi-Təsisçisi Çingiz Rzayevdir.

Prokurorluğun istintaq idarəsindən bizim tələbimiz Çingiz Rzayevin də istintaqa cəlb edilməsi və onun çoxsaylı obyektlərinə həbs qoyulmasıdır.

Çingiz Rzayevə “Dağlar” MTK-nın Təbriz küçəsi 63-də yerləşən 15 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən bir müddət əvvələ qədər mebel mağazası kimi fəaliyyət göstərən, ümumi sahəsi 1000 kv.m olan bazar qiyməti 1 kv.m 3500 manat, ümumi qiyməti 3,5 milyon manat olan qeyri-yaşayış sahəsi məxsusdur

Bakı şəhəri, Yeni Yasamalda “Dağlar” MTK-ya məxsus olan binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən mağaza-bir müddət əvvəl Çingiz Rzayev tərəfindən 800.000 manata satılıb.

Bakı şəhəri Azadlıq prospekti və Teymur Əliyev küçələrinin kəsişməsində yerləşən, təxminən qiyməti 500.000 manat olan “GƏNCƏ” kafe-restoranı da Çingiz Rzayevə məxsusdur. Onun Bakı şəhərində Əhmədli qəsəbəsində də bir neçə obyekti var.

Və bu məsələdə Nərimanov icra başçısı Abdin Fərzəliyevin məsuliyyətidə az deyil. İcra başçısı fırıldaqçı və dələduz şəxslərə tikinti işləri aparmağa sərəncam verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.