“Nikoil Bank” vətəndaşdan artıq pul tələb edir-ŞİKAYƏT

15-04-2018, 13:10           

Son dövrlər Azərbaycanda problemli kreditlər çoxalıb. Ölkədə baş verən ikinci devalvasiyadan sonra banklar tərəfindən daha acınacaqlı vəziyyətə salınan vətəndaşların sayı da durmadan artır. Belə bankların qurbanına çevrilən vətəndaşlardan biri TİA.AZ-ın redaksiyasına müraciət edilib. Müraciət müəllifi “Nikoil Bank”dan şikayət edir. Şikayətçi Aşurova Vüsalə Yurik qızı bildirir ki, onkoloji xəstə olan atasını müalicə etmək üçün 26 noyabr 2014 -cü ildə “Nikoil Bank”-dan 12 min dollar kredit götürüb.

Sonradan devalvasiya nəticəsində dolların kursu qalxıb və vətəndaş borcu ödəyə bilməyib. Vüsalə Aşurova 2014-cü ildən 2017-ci ilin noyabr ayına qədər “Nikoil Bank”a , götürdüyü 12.0000 dollar müqabilində 23.558 dollar pul ödəyib. Bu barədə onun yaxın qohumu TİA.AZ-a bildirib. 11.000 dollardan artıq pul ödəməsinə baxmayaraq bank yenə iddia edir ki,onun yenə borcu qalıb. “11 min dollardan çox pul ödənilməsinə baxmayaraq bank əsassız olaraq tələb edir ki, 5300 dollar əsas məbləğdən, 2800 dollar isə faizdən gecikmə var, onu da gətirib ödəyin”.
“Nikoil Bank” vətəndaşdan artıq pul tələb edir-ŞİKAYƏT
Vüsalə Aşurova tək, kimsəsiz qadındır, balaca bir dükanı var. Onu kimsəsiz görüb, açıq şəkildə hüquqlarını pozurlar. Əvvəllər o bankın tərtib etdiyi ödəniş qrafiki ilə hər ay 700 dollar pul ödəyərdi. Dollar qalxdı və o bu məbləği yalnız 6-7 ay ödədi, sonradan borc süni surətdə şişdiyindən daha onun həmin məbləği ödəməyə imkanı çatmadı. Hətta şişirdilmiş məbləğə görə belə ödənilməmiş 1500-2000 qalmışdı. Ödənişlərin bütün çekləri var.

O başladı 200 dollar ödəməyə. Bank da 2016-cı ildə qanunsuz olaraq ondan zamindən xəbərsiz kredit müqaviləsini uzadıb . Aşurova Vüsalə pulu ödəyə bilmədiyi, imkansız vəziyyətdə olduğu üçün “Nikoil Bank”dan möhlət istəyib, amma bank ona heç bir möhlət verməyib.Bank əsassız olaraq, ödəniş edə-edə onu məhkəməyə verib. Hətta məhkəmədə hakim onun halına açıyaraq deyib ki,”bəs niyə sən 12 dollar artıq ödəmisən,buna razı olmusan?!” İşlə bağlı biz Ali Məhkəməyə müraciət etməyi düşünürük”. Bütün məhkəmə insantisayaları ədalətsiz olaraq bankın xeyrinə qərar çıxarıb.

Təsəvvür edin ki, ödəniş çeklərini apararaq banka göstərdim, hakim dedi ki, “sən onları evdə düzəltmisən”. Sizdə o qədər pul hardandır?!.” Məzələnir bizimlə. Bu vətəndaşa qarşı məmura yaraşmaz münasibətdir.

Güzəşt etməsi üçün “Nikoil Bank”a müraciət etdik ,amma bankdan qeyri-insaniyyətlik göstərərək dedilər ki,”biz heç 5 manat da keçə bilmərik!”. Bank özü də bilirdi ki, bu kredit onun ağır xəstə olan atasının müalicəsinə görə götürülüb. Bu haqda sənədlər də var, amma bank bunu da nəzərə almadı. Götürdüyü kreditin heç onun atasına da xeyri olmadı, atası xəstəxanada öldü.

Sadəcə bank görür ki,məhkəmələr onların xeyrinə qərar çıxardır, həm də kimsəsiz insandır, bundan istifadə edir,”ayağı yer alır”. Görürlə ki, sakit adamam, zəng edib təzyiq edən, qorxudan kimi gətirib pul verir, bundan istifadə edir. Bundan baqa Vüsalə Aşurova pulu manatla istəyib, ona isə dollarla veriblər krediti . Kassadan götürdüyü pul da manatla olub ki,bu da başqa bir qanunsuzludur.

Bu müştərini aldatmaqdır. Dolların kursu qalxdı, kredit problemli kreditə çevrildi, amma “Nikoil Bank” dan nə qədər xahiş edilsə də, rəhmsizcəsinə 1 qəpik belə güzəşt etmədi. Bankın işçisi dedi ki, görürsüz ki, siz bütün məhkəmələri uduzmusuz. Ona görə də dediyimiz pulu qəpiyinəcən ödəyəcəksiniz”- deyə Vüsalə Aşurovanın yaxını müxbirimizə bildirdi.

teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.