Yasamalda yeni gülünc mənzərə - Gülək ya ağlayaq görəsən FOTOFAKT

15-04-2018, 18:55           

Bakının Yasamal rayonunda gülünc mənzərə yaranıb.

Minval.info xəbər verir ki, İnşaatçılar metrostansiyası yaxınlığında tikinti işləri ərazinin tullantılara qərq olmasına səbəb olub. Belə ki, yeni binanın inşası ilə əlaqədar küçəyə qoyulan zibil çənləri götürülüb. Bu üzdən orada yaşayan sakinlər tullantıları əvvəlki yerə atırlar. Amma zibil çənləri yerində olmadığından küçə tullantılardan xoşagəlməz vəziyyətə gəlib.

Tikilməkdə olan binanın ətrafındakı hasarın üzərində yazılan “zibili zibil qutusuna atın” sözləri yazılanda isə ümumiyyətlə, burada zibil qutusu olmayıb.

Sakinlər deyir ki, hər gün zibil maşını buranı təmizləyir, lakin yenidən eyni vəziyyət yaranır.

Bir müddət sonra isə çox qəribə, xüsusilə gülüş doğuran mənzərə ortaya çıxıb. Belə ki, həmin əraziyə çoxdandır “arzulanan” zibil qabı qoyulub. Lakin bu, heç bir problemi həll edə bilməyib. Çünki oraya qoyulan xırda zibil qabı elə tullantılar içərisində sözün əsil mənasında itib-batıb.

Gələn dəfələrdə zibil maşını səhv salıb həmin qabı tullantılarla birgə yük yerinə atmasa yaxşıdır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.