Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi - Şok dosye/video

19-04-2018, 00:24           
Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi - Şok dosye/video
Bir neçə il qabaq Tovuz Mərkəzi Xəstəxanasında qəribə olay yaşanmışdı. Əli kəsilərək xəstəxanaya çatdırılan Qovlar sakini 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini görüb tibb ocağının qapı-pəncərəsini sındırmışdı.. Yalnız hadisə yerinə Tovuz polisi gəldikdən sonra yaralını sakitləşdirmək mümkün olmuşdu.

Zərərçəkənin qohumları bildirmişdi ki, öz həyətində işləyən zaman şüşə onun damarını kəsib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb. Onun qan itirdiyini görən qohumlar xeyli araşdırsalar da, növbətçi həkimi gördüm deyən tapılmayıb. Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini demişdi ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.


Ancaq o vaxdan heç nə dəyişməyib

Tovuz rayon Mərkəzi Xətəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar.Bütün xidmətlər ödənişlidir. Hələ ağız burun əyən tibb bacılarını demirəm iki manat verməsən liftin qapısını açmırlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı Tovuz Mərkəzi Xəstəxanasında çoxdan funksionallığını itirib.

Azerinfo.az-a bu səhiyyə ocağı ilə şikayətlər və fakt olaraq videosüjetlər göndərilib.

Xəstənanın uşaq şöbəsində vətəndaşın necə süründürülməsi, get-gələ salınmasıı izləyə bilərsiz. Yəni ağ xalat daşıyanlar vətəndaşları bilərəkdən hakimiyyətə qarşı qoyduqlarınınb fərqində deyillərmi?


Ginekologiya şöbəsinin müdiri Rəna həkim rüşvəti qanuniləşdirib. Aborta görə açıq-aydın 50 manat tələb edir. Bunu artıq yerli prokurorluq araşdırmalıdı. Sübut kimi təqdim etdiyimiz videosüjetlər yetərlidir.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.