Nazir Hüseyn Bağırovun görmədiyi İŞBAZLARIN biznesi ekoloji fəlakət yaradıb – VİDEO + FOTOLAR
20-04-2018, 10:23
Vətəndaşların evləri uçmaq təhlükəsi ilə üzləşib. Beləki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Goradil bağları ərazisində yaşayan sakinlər Azadsoz.info – ya müraciət edərək rast olduqları ekoloji fəlakətdən yazıblar. Saytın ərazidə olan əməkdaşlarına məlum olub ki, yaranmış fəlakət təbiətin qanunauyğunluğu deyilmiş. İşbazlar tərəfindən Goradil bağlarının torpaq və qum örtüyü hər gün maşınlarla Sumqayıtda yerləşən Yeni İnşaat bazarına və digər ərazilərdə xüsusi satış yerlərinə daşınır. Orda yığılan qum və torpağın satışını özünü Tural kimi qələmə verən şəxs həyata keçirir. Sakinlər qeyd edir ki, bu şəxs hər gecə 10 MM 993 dövlət nömrə nişanlı avtomobillə əraziyə gəlir və bundan sonra yük maşınları işə başlayır. “Kamaz” markalı maşınların bəzilərinin dövlət nömrələri əməkdaşımız qeydə alıb – 90 BM 046, 90 MR 079, 99 MR 075
Onu da qeyd edək ki, yalançı adı Tural olan bu şəxsə Sumqayıtda cinayət işi qaldırılıb və məsuliyyətə cəlb olunub. Hadisənin oğurluq üstündə baş verdiyi və işbaza şərti iş kəsildiyi qeyd olunur.
[media=https://www.youtube.com/watch?time_continue=3&v=oPzZgxNUtDI]
Azadsoz.info –ya müraciət edən vətəndaşların narahatçılığı əsassız deyil. Evlərinin qonşuluğunda hektara yaxın ərazinin 5 metr dərinlikdə qazılması yaranmış təhlükənin gerçək üzüdür. Evlərin uçmaq təhlükəsi ilə üzləşməsi sakinlərin həyatına ciddi təhlükə yaradıb.
Ərazidə müşahidə aparan saytımızın əməkdaşı ekoloji fəlakətlə bağlı video və fotolar çəkib. Lakin Ekologiya və Təbii Sərvətlər nazirliyinin Goradil bağlarında baş verənlərə laqeyd münasibəti bizim narahatçılığımıza səbəb oldu. Vətəndaşlar dəfələrlə nazirliyin Bakı Ərazi idarəsinə müraciət ediblər. İdarədən bildiriblər ki, torpaqların daşınması və istismar edilməsinə nəzarəti Ekologiya və Təbii Sərvətlər nazirliyi həyata keçirir. Belə ki, nazirliyin müvafiq şöbəsi olduğu üçün Ərazi idarələrinin ekologiji fəlakət yaradanların qarşısını almağa səlahiyyəti çatmırmış. Maraqlıdır belə olan halda Ekologiya və Təbii Sərvətlər nazirliyinin başbilənləri, işbazların qanunsuz fəaliyyətinə niyə nəzarət edə bilmir?
[media=https://www.youtube.com/watch?v=S2B9hHQOnjc]
Aparılan araşdırmalar və faktlar göstərir ki, adıçəkilən nazirlik səlahiyyətliləri baş verən özbaşınalığa nəzarət etmək istəmir. Əks təqdirdə insanların həyatı onlar üçün önəm kəsb edərdi.
Goradil bağlarında torpaq və qumun istismar edilməsi, işbazlar tərəfindən bağ ərazilərinin talanması və 5 metrə yaxın hektarlarla ərazinin qazılması və sadə vətəndaşların mülklərinə yaranmış təhlükə ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul şəxsi Aftandil müəllimə müraciət etdik. Aftandil müəllim Azadsoz.info – ya bildirdi ki, Goradil bağlarında baş verənlərdən xəbərsizdir. Lakin faktlarla bağlı araşdırmalara başlanılıb və əraziyə nazirliyin əməkdaşları göndərilib. Nazirliyin səlahiyyətlisi saytın sorğularına cavab olaraq qeyd edib ki, belə hallarla bağlı onlar polisə rəsmi müraciət edəcək.
Ərazidə yaşayan sakinlər isə sayta bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları dəfələrlə ərazidə olublar. Amma onlar baş verən qanunsuzluğu görmək istəməyiblər və işbazların özbaşınalığına şərait yaradıblar.
Biz media qurumu olaraq son vaxtlar ETSN – nin fəaliyyətində yol verilən nöqsanlar və nazir Hüseyn Bağırovun baş verənlərə laqeyd münasibətini yazılarımızda qeyd edirik. Ola bilər ki, nazirliyin səlahiyyətli nümayəndələri nazirə yalan məlumatlar ötürməklə məqsədlərinə həyata keçirmiş olsun. Lakin bu hal belə Hüsey Bağırovun yaranmış fəlakətdə məsuliyyətini azaltmır. Nazir olaraq vəzifəsindən sui istifadə edən əməkdaşlarını cəzalandırmaq səlahiyyətinin ona məxsus olması, məlumatların yalan olub – olmamasında önəm daşımır. Çünki, Hüseyn müəllim də bilir ki, yalanın ömrü qısa olur və şəxsi maraqlar faktların gizlədilməsində önəmli rol oynayır.
Biz yenə ETSN rəhbərliyinə müraciət edərək Prezidentin tapşırıq və tövsiyyələrinə sayğı göstərmələrini tələb edirik.
Mövzuya qayıdacağıq.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az