Deputat İraqlıya necə “atıb”? - qalamaqal və qətllə gündəmdə olan “Min bir gecə”də növbəti qalmaqal...
23-04-2018, 00:01
Fadhil Nairooz Abed Abed – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A9483298, 31.03.2015 – Baghdad) AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV CƏNABLARINA – Açıq Məktub ünvanlayıb.
Məktubu olduğu kimi dərc edirik:
Amjed Mohammed Abed Msaaara – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A 9966689, 21.06.2015 – Baghdad) tərəfindən
Hörmətli İlham Əliyev cənabları!
İlk öncə, Sizi prezident seçkilərində xalqın etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik və bu prezidentliyiniz dövründə də uğurlu həm daxili, həm də xarici siyasətinizlə dövlətinizə xidmət etməyinizi arzu edirik.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkədə aparılan demokratik islahatlar sayəsində beynəlxalq aləmdə nüfuzunu artırmış, ölkə ərazisində sabit və güvənilən biznes mühütünün olması xarici sərməyələrin Azərbaycan iqtisadiyyatına yatırılmasına təkan vermişdir.
2 yanvar 1992-ci il tarixində İraq Azərbaycanın müstəqilliyini tanımışdır. 30 mart 1992- ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında diplomatik əlaqələr bu gündə uğurla davam etdirilir.
Cənab Prezident!
2017-ci ilin iyun ayında İcarəyəverən, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi11-ci km 17 ünvanında yerləşən, ümumi sahəsi 1191,6 kv.m olan, “Min bir gecə” adlı istirahət mərkəzinin sahibi Mirələmov Rauf Hüseynbala oğlu ilə Bakı şəhəri 6 saylı notariat kontorunda reyestrdə 3M-1044 nömrə ilə qeyd edilmiş 01.06.20117-ci il tarixli İcarə müqaviləsi imzaladıq. Bu müqvilə Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanov tərəfindən təsidq edilmişdir.
Həmin müqaviləni Mirələmov Rauf Hüseynbala oğlu əvəzinə, Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda 24.07.2007-ci il tarixdə verilmiş 16467 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Mirələmov Hüseynbala Fazil oğlu imzalamışdır. (Azərbaycan Respublikası Milli Məclisinin deputatı)
İraq Respublikası Vətəndaşı prezidentə müraciət etdi- Foto
Həmin müqavilənin tələbinə görə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 25.12.2013-cü il tarixdə Mirələmov Rauf Hüseynbala oğluna verilmiş 004011002789 reyestr nömrəli, 1113141406 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Icarəyə verən Mirələmov Rauf Hüseynbala oğluna aid olan 1191,6 kv.m olan qeyri-yaşayış sahəsinin, "Min bir gecə” istirahət mərkəzinin, (333 kv.m) – icarəçi Qasımov Rəşad Yusif oğluna, (333 kv.m) - Fadhil Nairooz Abed Abednaya və (334 kv.m) - Amjed Mohammed Abed Msaaaraya icarəyə vermişdir.
İcarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən Qasımov Rəşad Yusif oğlu aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Fadhil Nairooz Abed Abed 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Amjed Mohammed Abed Msaaara 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqını İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğluna ödəyirlər. İcarə müqaviləsinin şərtinə görə icrə haqqının hər ay ödənilməsi nəzərdə tutulsa da, biz icarə haqqının iki illik məbləğini qabaqcadan ödəmişdik.
Həmin müqavilənin 8-ci bəndinə görə - Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
Həmin müqavilənin 3-cü bəndinə görə - İcarə müddəti 01.06.2019 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
Cənab Prezident!
Məlumat üçün bildirirk ki, sözügedən istirahət mərkəzini icrəyə götürdükdən sonra orada əsaslı təmir işləri aparılmış, müşahidə kameraları quraşdırılmışdır, çimərlik ətrafına zontiklər quraşdırılmış və s. işlər görülmüşdür. Təxminən 100.000 (yüz min) manata yaxın əlavə vəsait xərclənmişdir.
Onu da nəzərinizə çatdıraq ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi11-ci km 17 ünvanında yerləşən “Min bir gecə” istirahət mərkəzi dəniz qırağında yerləşdiyindən mövsümü iş prinsipinə malikdir. Həmin istirahət mərkəzini icarəyə götürməkdə əsas məqsədimiz ərəb turistlərinin Respublikaya cəlb edilməsi və turizimin inkişafında azərbaycanlı dostumuza dəstək vermək olmuşdur.
Bu ilin yay mövsümü yaxınlaşanda istirahət mərkəzinin faktiki sahibi deputat Hüseynbala Mirələmov müqavilə şərtlərini və Azərbaycan Respublukasının Qanunlarını kobud şəkildə pozaraq, bizi məlumatlandırmadan müqaviləni ləğv edərək istirahət mərkəzini başqa şəxsə icarəyə verməklə bizə küllü miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur.
Belə ki, lcarə müqaviləsindən də göründüyü kimi müqavilə 01.06.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi 01.06.2019-ci il tarixə kimi qüvvədədir. Buna baxmayaraq 01.04.2018-ci il tarixdə icarəçisi olduğum “Min bir gecə” istirahət mərkəzinə gəldikdə deputat H.Mirələmovun köməkçisi Elşən adlı şəxs mənə bildirdi ki, Mirələmov mənə tapşırıb ki, onları içəri buraxma, “obyekti” başqa adama icarəyə vermişik və sizinlə olan müqaviləni ləğv etmişik.
İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğlunun adından etibarnamə əsasında çıxış edən deputat Hüseynbala Mirələmovun bu qanunsuz əməlləri nə Azərbaycan Respublikası Qanunlarına nə də ki, Beynəlxalq hüquq normalırına uyğun deyildir.
Hörmətli İlham Əliyev cənabları!
Aprelin 9-da Sizin sədrliyiniz ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışınız ümüd yaratdı ki, baş vermiş qanunsuzluğa görə də məsul şəxslər öz layiqli cəzalarını alacaqlar.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseynbala Mirələmovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün əlaqədar qurumlara göstəriş verməyinizi və bizə dəymiş ziyanın ödənilməsi üçün deputata tapşırıq verməyinizi xahiş edirik
İmza:
1. Fadhil Nairooz Abed Abed
2. Amjed Mohammed Abed Msaaara
P.S Azərbaycan Respublikası ilə İraq Respublikası arasında isti diplomatik münasibətlər olduğu bir zamanda, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərdiyi dönəmdə Milli Məclisin deputatı Hüseynbala Mirələmovun ölkə Başçısının xarici siyasətinə kölgə salmağı heç başa düşülən deyil.Xəbərfakt.Az/
teref.az olaraq qeyd etmək istəyirik ki, bu istrahət mərkəzi əvvəllərdə qalmaqallara və cinayətlərə meydan olub.
Xatırladaq ki, deputat Mirələmovun qardaşı oğlu R.Mirələmov burda adam öldürüb. Bu cinayət 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən istirahət mərkəzində gecəyarısı baş verib.
Və bu cinayətə görə bir çox adam həbs edilib . İstintaq zamanı təqsirləndirilən şəxslər Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzov ötən il iyulun 16-da axşam saatlarında Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində kütləvi dava zamanı Rəşad Mirələmovla mübahisə ediblər. Həmin vaxt adıçəkilən şəxslər Rəşad Mirələmova xəsarət yetiriblər. Daha sonra iyulun 17-də gecə saat 03.00 radələrində restoranda dava yenidən başlayıb. Həmin vaxt Rəşad Mirələmovun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramov döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib.
Qeyd etmk istəyirik ki, buy məsələdə Mirələmovun oğlu polis polkovnik/leytenantı F.Mirələmovunda adı hallanıb.
R.Mirələmov istintaqa verdiyi ifadəsində qeyd edib ki, hadisədən sonra Ramalın dostları oradan uzaqlaşmağa başlayıb, səs-küyə əmisi oğlu Fərid oturduqları masaya yaxınlaşıb: “Fərid orada olan işçilərdən kiməsə tez polis çağırmalarını tapşırdı. Ramalın dostlarının bir az uzaqlaşdıqlarını görüb dənizə tərəf qaçdım.
Sonradan eşitdim ki, Elman ilə Mübariz sonuncunun idarə etdiyi qara rəngli "Ranc Rover" markalı, Ramalgil isə "Passat CC" markalı avtomaşınlarla "Min bir gecə" istirahət mərkəzinə gəlib".
İstintaqın gəldiyi nəticəyə görə, R.Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə isə cəhd edib və bu cinayətinə görə ömürlük azadlıqdan mə\hrum edilib!
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az