Abid Şərifovun “Evrascon”undan 2 milyonluq kələk – Fotolar
28-04-2018, 00:15
Gədəbəyin Çalburun kəndinə gedən yolda tikilən körpü hələ də yarımçıq saxlanıb.
teref.az yazırki, sakinlərin AzEuroNews.com-a verdiyi məlumata görə, körpünün inşasına ayrılan milyonlar havaya sovrulub.
► Yeni baş nazirə müraciət
Dövlət büdcəsindən bu layihəyə 2 milyon manat ayrılmışdı. Ancaq uzun müddət keçməsinə baxmayaraq, körpü ərsəyə gəlmir.
Prezdentin fərmanı ilə ayrılmış iki milyona çəkilən yol eni 6 m olmalı idi, amma 2 m oldu. Camaat sual edir ki, bir yol nədir ki başa gəlmir?! Sözügedən layihəni keçmiş “Azərkörpü” ASC həyata keçirirdi.
Sonra firmanın adı dəyişərək “Evrascon” ASC adlanmağa başladı. Şirkətin Baş nazirin keçmiş müavini Abid Şərifova aid olduğu deyilir. Ancaq illərdir ki, bu körpü inşa olunmur.
Sakinlər prezidentə və baş nazir Novruz Məmmədova müraciət edərək körpününü tez bir zamanda təhvil verilməsi üçün “Evrascon” qarşısında tələb qoyulmasını xahiş edirlər.
► Şərifovlar ailəsinin “Evrascon”un bağları…
Mətbuatda gedən araşdırma materiallarında qeyd olunur ki, A.Şərifov bunadək Bakı Baş Tikinti Trestində, daha sonra isə “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətində çalışıb.
Özəlləşdirmə proqramının icrası ilə onun özəl sektora transformasiyası gerçəkləşib. Amma bütün məmurlar kimi, o da biznesi yaxın ətrafının adına rəsmiləşdirib.
Abid Şərifov
100 nömrəli körpütikinti dəstəsi bir vaxtlar “Azərnəqliyyatyoltikinti” trestinə daxil olub və sonradan, yəni 2001-ci ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinə çevrilən bu komanda ilə Şərifovu möhkəm bağlar birləşdirir.
İşçilərinin sayı 5 mini aşan, çoxlu sayda inşaat materialları (beton, yığma dəmir beton, metal konstruksiyaları, asfalt və s.) istehsalı sahələrinə, sayı bir neçə yüz ədədlə ifadə olunan nəqliyyat vasitələri və xüsusi inşaat texnikasına malik olan şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda belə (Rusiya, Qazaxıstan, Özbəkistan və s.) bir çox infrastruktur obyektlərinin inşası ilə məşğuldur.
Buna görə də 2013-cü ildə şirkət adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC oldu.
Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “EVRASCON” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Nominal dəyərlə, bu, 56 min manata yaxın bir məbləğ edir.
Lakin nəzərə alsaq ki, təkcə 2012-ci ilin nəticələrinə görə bu şirkətin aktivləri 275,5 milyon manata çatmışdı, səhmdarlara aid kapital isə 120 milyon manata çatırdı, bu səhmlərin arxasında dayanan sərmayə haqda müəyyən təsəvvür yaranır.
Söhbət Şərifovlara məxsus səhmlərin təxminən 14,5 milyon manat həcmində kapitallaşmasından gedir.
Şərifovların “EVRASCON” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir.
Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.
Tumar