Qarabağ əlili saxta diplomlu Göygöl ağasına göz çıxardı: “Qırılırıq...” - Video
2-05-2018, 07:01
“Göygöldə vəziyyət ağırdır, camaat acından qırılır. Heç bir məmur halımıza yanmaq bir yana, heç qəbul edib dinləmir”
teref.az xəbər verir ki, bu sözləri səfalı Göygölün sakinləri bakupress.az-a bildiriblər.
Hətta etiraz edən vətəndaşlardan biri Qarabağ əlili olub. O, gözdən əlil olduğunu qeyd edib.
Saytın əməkdaşları qarşısında kosmetik göz örtüyünü çıxarıb. Qarabağ əlili üzləşdiyi çətinliklərdən, məmur süründürməçiliyindən danışıb.
Onun kimi yüzlərlə rayon sakini idarəçilikdən narazıdırlar. Ancaq Göygöl rayon icra başçısı Arif Seyidov vətəndaşların müraciətlərinə əhəmiyyət vermir.
Son zamanlar Göygölün büdcə təşkilatlarında kütləvi korrupsiya və rüşvət halları barədə hüquq-mühafizə və digər hökumət orqanlarına yüzlərlə şikayətlər gedir.
Ancaq A.Seyidovun əməlləri ilə bağlı ölçü götürülmür. Özünü Göygölün ağası kimi aparan məmur prezidentdən fərqli olaraq, Qarabağ əlillərinə qarşı laqeyddir.
Onların sosial problemləri ilə maraqlanmır, torpaq, mənzil şəraiti yaxşılaşdırılmır. Məsələn bir müddət əvvəl bir şikayəti xatırlayaq:
“Göygöl rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı.
Anam, yoldaşım, qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonunu Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev danışıb.
Göygöl rayonu məmur tapdağı altında inildəyir. Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb.
Hara baxsan məmur villası, milyonçu evləri və hasarlamış ərazilərdir. Bu rayonun icra başçısı Arif Seyidov isə ömürlük Göygölə rəhbər təyin olunub.
Ona kimsə bata bilmir.
Bu da sirr deyil ki, icra hakimi yüksək rütbəli məmur tərəfindən himayə edilir. O baxımdan A.Seyidov toxunulmazlıq statusu qazanıb.
Deyilənə görə, A.Seyidov Gəncənin icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib.
Gəncə “xan”ı ilə yaxın dost olan Göygölün ömürlük icra hakimi yerli camaatın torpaqlarını əlindən alıb.
Amma onun qorxusundan kimsə nə yuxarılara, nə də mətbuata şikayət edə bilir. Elə buna görədir ki, mətbuatda Göygöl sakinlərinin nadir hallarda şikayətinə rast gəlmək olar.
Nadir şikayətlərdən biri bu yaxınlarda ictimailəşdi. Məumat beləydi ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökdürür.
Xatırladaq ki, icra başçısı saxta diploma sahibdir. Avropa.info yazmışdı ki, icra başçısı Gürcüstan Aqrar Universitetinin saxta diplomu ilə işə qəbul olub.