MƏMUR OLMAQ İSTƏYƏNİN DİPLOMU SAXTA ÇIXDI

3-05-2018, 00:30           
MƏMUR OLMAQ İSTƏYƏNİN DİPLOMU SAXTA ÇIXDI
Xaliq Abbasovun həbsi gözlənilir -O iş adamlarını aldadaraq dələduzluq edib

Artıq neçə vaxtdır ki, “Şurataz LTD” MMC-nin sahibi Abbasov Xaliq Nərman oğlu barədə ölkə mətbuatında yazılar dərc olunur.

Bu yaxınlarda isə 365İNFO saytının redaksiyasına X.Abbasovla bağlı yeni məlumatlar daxil olub. Mənbənin verdiyi xəbərə görə X.Abbasovun hal-hazırda maliyyə durumu heç də ürəkaçan deyil.

Ötən yazımızda X.Abbasovun banklara 5 milyondan çox borcu olması barədə məlumat vermişdik.

Belə ki, X.Abbasov birgə biznes qurmaq adı ilə iş adamlarını aldadaraq onlardan böyük məbləğdə pul alıb. Həmin pulu biznesə yatırtmaq əvəzinə isə vəzifəyə təyin olunmaq üçün, yaxın dostu sayılan yüksək rütbəli məmura verib.

Ancaq X.Abbasov vəzifəyə təyin olmayıb və vəzifə üçün verdiyi pul da ona qaytarılmayaraq batıb. Buna səbəb isə X.Abbasovun diplomunun saxta olması göstərilib. X.Abbasov isə düşünüb ki, onun diplomunun saxta olmasını ondan başqa heç kim bilməyəcəkdir.

365İNFO-ya daxil olan məlumata görə X.Abbasov məmur olmaq arzusuna 8 il əvvəl, 90-AA-041 seriyalı avtomobilə əyləşəndə düşüb. Və elə həmin il Zəngilan rayonunun Təhsil Şöbəsi ilə danışıqlar apararaq “8 illik” attestatının əvəzinə “10 illik” attestat almağa nail olub. Zəngilanda X.Abbasovla orta məktəbdə oxuyan sinif yoldaşları çox yaxşı bilir ki, X.Abbasov 8-ci sinifdən sonra orta məktəbi ataraq pul qazanmaq eşqinə düşüb.
Ancaq X.Abbasov nə bilsin ki, neçə ildən sonra ona tam orta təhsil haqqında attestat lazım olacaq və o Zəngilan rayonunun Təhsil Şöbəsinin vəzifəli şəxsi ilə cinayət əlaqəsinə girəcək. Hətta X.Abbasovun yaxın qohumunun verdiyi məlumata görə onun natamam orta təhsili haqqında attestatı hələ də evlərində X.Abbasovun yadigarı kimi durur.

Saxta attestat aldıqdan sonra X.Abbasov adını Rusiyadakı ali təhsil ocaqlarının birinə yazdırır, amma təbii ki, orada oxumur. Və o guya həmin ali təhsil ocağının tələbəsi olaraq ordan, verdiyi pulun gücünə birbaşa BDU-ya köçürülərək oranın diplomuna sahib olur.


Əldə etdiyimiz məlumata görə X.Abbasov iş adamlarına qarşı dələduzluq etdiyi üçün onun barəsində hüquq mühafizə orqanlarına müraciət olunub. Onun diplomunun saxta olmağından xəbər tutan jurnalistlər isə prokurorluq orqanlarına müraciət ediblər.


Deməli , bir tərəfdən saxta diplomla bağlı jurnalistlərin, o biri tərəfdən isə iş adamlarının dələduzluq faktı ilə hüquq mühafizə orqanlarına müraciəti X.Abbasovu olduqca çıxılmaz vəziyyətə salıb.

Görünür kritik duruma düşən X.Abbasov onu vəzifəyə təyin etmək istəyən məmurun da adını açıqlayaraq onu istintaqçılara təhvil verəcək. Bu isə o deməkdir ki, bu yaxınlarda yenə də hansısa yüksək rütbəli məmur öz kreslosu ilə vidalaşmalı olacaq.

Lalə Akifqızı

365İNFO.ORG












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.