Cavid Qurbanovu diksindirən sənədlə kim şantaj edir? - Şok iddialar

4-05-2018, 00:07           
Cavid Qurbanovu diksindirən sənədlə kim şantaj edir? - Şok iddialar
Bu günlərdə baş dəmiryolçu Cavid Qurbanov yenə gündəmdədir. Onun vaxtilə vəzifəsindən azad olunması haqda sərəncam təzədən tirajlanıb

“Azərbaycan Dəmir Yolları" QSC sədri, deputat Cavid Qurbanov o sərəncamdan həmişə qaçır.

Onun bir qorxusu var ki, bu barədə yerli KİV-də gedən istənilən informasiya Cavid Qurbanov tərəfindən ciddi-cəhdlə yığışdırılır.

Qeyd edək ki, aşağıda təqdim etdiyimiz sənəd həmin sənəddir.. Hansı ki Cavid Qurbanova köhnə illərini - xəyanət illərini xatırladır.

Təbii ki, bu fakt yeni deyil və yerli KİV-də yetərincə ictimailəşib. Dia.az yazıb ki, amma yeni olan məqam ondan ibarətdir ki, Cavid Qurbanovu həmin məsələ ilə əlaqədar bu günlərdə çox yüksək çinli məmurlardan biri şantaj edib.

Dövlətdən zaman-zaman milyonlar oğurlayan, enində-sonunda özünə yeni "müdafiə çətiri" qazanan Cavid Qurbanov hələ də özünü hakim komandanın bir parçası kimi hiss edə bilmir və bunun da səbəbləri var.

Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə ozamankı prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş.

Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir:

“Cavid Qəmbər oğlu Qurbanov (fərman haqqında ətraflı burada) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”

FİA.Az xəbər verir ki, Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələrdə davam etdirib.

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Hələlik prezident Heydər Əliyevin yuxarıda bəhs olunan fərmanı barədə Cavid Qurbanovun özü və ya yaxınlarının hər hansı şərhi səslənməyib.

Amma o, bir müddət öncə rəhbərlik etdiyi qurumda ciddi korrupsiya ittihamları ilə gündəmə gəlmişdi.

Belə ki, Cavid Qurbanov dəmiryolçuların peşə bayramına həsr olunmuş tədbirdə qurumun özündən əvvəlki rəhbərliyini faktiki olaraq korrupsiya cinayətlərində ittiham etmişdi.

1995-ci ildə prezident Heydər Əliyevin, “işində yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə” istinad edilmiş fərmanı ilə “Azəravtoyol” DŞ-nin sədri vəzifəsindən azad edildikdən sonra barəsində cinayət işi başlanılmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən axtarış elan edildi.

Bir müddət RF-də gizləndikdən sonra, həmin vaxt Baş Prokuror işləyən Eldar Həsənova edilən, əslən Kəlbəcər rayonundan olan bir neçə nüfuzlu şəxslərin xahişi nəzərə alınaraq, axtarış götürüldü.

Bundan sonra ölkəyə geri qayıdan Cavid Qurbanov bir müddət işsiz qalır və sonradan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tabeçiliyindəki tikinti trestlərindən birinə müdir vəzifəsinə təyin edilir.

Dəmir yolu relslərinin və şpalların yenilənməsi adı altında faktiki olaraq dəyişilməyən avadanlıqlar dəyişibmiş kimi sənədləşdirilməklə külli miqdarda vəsaitlər silinir.

RF-də fəaliyyət göstərən və həmin vaxt qeydiyyatı ləğv edilmiş “Cİ-AYMARKET” MMC-nin direktoru Elyar Dəmirovun vasitəsi ilə “Sigma & co” firması ilə 14 milyon manatlıq maliyyə əməliyyatı edilir və sonuncu MMC-nin direktoru Eldar Məmmədova çatacaq “pay” ünvana çatdırılmır.
Qarşı tərəfi dinləməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.