Sumqayıtda min nəfərlik toy - Teymur Səmədovun o qədər pulu hardandır... -
5-05-2018, 00:18
Son dövrlər Sumqayıt şəhərində baş verən hadisələrlə az da olsa oxucularımızı məlumatlandırırıq. Bu şəhərdə sözün həqiqi mənasında xeyli dəyişiklik olub. Tikilən yeni obyektləri, binaları, salınan parkları, bulvarı demirik.Onlar təbii ki, gözdən pərdə asmaq üçün bir vasitədir. Və gözdən asılmış bu pərdənin arxasında çox müəmmalı işlər görüldüyünü təkcə Sumqayıt sakinləri bilir. Sumqayıt sakinlərinin bildiklərini, söylədiklərini isə yazmaqla qurtarası deyil. Bir deyil, iki deyil. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, hazirda Sumqayıtda ən böyük problem kadr məsələsidir. İndi də təkrar edirik ki, Sumqayıt şəhəri kadr sarıdan tənəzzülə gedir. Buna səbəb isə yalnız bir nəfərdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov. Adıçəkilən şəxsin Sumqayıt şəhərindəki dövlət strukturlarında apardığı kadr siyəsəti uzun illər düzəlməyəcək. Bunu zaman da göstərəcək.
Biz çox danışiriq ki, təhsil millətin gələcəyidir. Amma millətin gələcəyini bilə-bilə uçuruma aparmağımızdan isə xəbərimiz heç yoxdur. Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının üç ili bu ilin sentyabr ayının 2 də tamam olacaq. Bu üç il ərzində Sumqayıt şəhərində Təsil Şöbəsinin müdiri dörd dəfə dəyişib. Səbəb nədir? Məgər bir nəfər peşəkar təhsil işçisi ilə Sumqayıt şəhərində təhsıl sistemini inkişaf etdirmək olmazmı? Zakir Fərəcov Sumqayıta başçı gələn kimi etdiyi ilk kadr dəyişikliklərindən biri də Təhsil Şöbəsinin müdiri oldu. Qudası Dövlət Maliyyə Nəzarət Xidməti 2 saylı Regional Maliyyə Mufəttişliyinin rəisi Akif Zeynalovun yaxın qohumu, bir neçə il məktəb direktoru işləmiş Teymur Səmədovu Sumqayıt şəhər Təhsil Şöbəsinə müdir təyin etdi. Lakin kecmiş Təhsil Naziri Mikayıl Cabbarov onun seyfindən tapılmış dəftərçədəki qeydləri görüb Teymur Səmədovun nəinki belə bir mötəbər quruma rəhbərliyə, heç məktəb direktorluğuna da layiq görməyərək işdən azad edir. Sonra Ruhiyyə Tağıyeva sozugedən idarəyə mudir təyin edilir. Lakin çox keçmir Zakir Fərəcov onu da vəzifədən uzaqlaşdırır. 70 yaşlı Sabir Məmmədov bir müddət Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra etdiyi dönəmdə Zakir Fərəcov Sumqayıt Dövlət Universitetində prorektor işləyən Nizami Namazovu sözügedən vəzifəyə təyin edir. Nizami Namazov da heç bir il işləmədi. Onun işdən çıxmasınin səbəbləri ayrı bir məqalənin mövzusudur. Odur ki, hələlik üstundən sükutla keçək növbəti kadra. Bu da bu yaxınlarda təyin edilmiş, heç 40 yaşı olmayan, Sumqayıt şəhər Təhsil Şobəsində kompüter mərkəzində işləmiş Ramin Abbasovdur. Onun da bu vəzifəyə gəlməsində müəyyən adamların rolu olduğu söylənilir. Çox çəkməyəcək ki, Ramin Abbasov da bu vəzifəni müəmmalı şəkildə gəldiyi kimi, elə o şəkildə də tərk edəcək. Bu Zakir Fərəcovun son üç ildə Sumqayıt Təhsil Şöbəsinin üzərində əsdirdiyi qara buludlardan görsənir.
Qayıdaq əsas məsələyə, başlıqda göstərdiyimiz toy məsələsinə. Zakir Fərəcov Sumqayit şəhər Təhsi Şobəsinə birinci müdir təyin etdiyi Teymur Səmədov 10 -15 gün olar ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşıyır. Nazir tərəfindən vəzifədən uzaqlaşdırılmış Teymur Səmədovu qohumluq tellərinə görə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə humanitar məsələlər üzrə müavin vəzifəsinə apardı. Və çox keçmədi ki, Teymur Səmədov icra başçısının birinci müavini oldu. Bu qısa zaman çərçivəsində Teymur Səmədovun nələr əldə etdiyinə toxunmaq fikrimiz yoxdu. Onsuz da onları sübut etmək mümkün olmayacaq. Ancaq Sumqayıt sakinlərinin sözlərinə görə Teymur Səmədov şəxsi güzəranını yaxşılaşdırmaq üçün qısa zaman çərçivəsində çox böyük işlər görüb. Vəzifəsindən sui-istifadə etmək yolu ilə. Teymur Səmədov Sumqayıt şəhər İcra Hakimiyəti başçısının birinci müavini vəzifəsini necə icra edir deyə bilmərik, ancaq vəzifəsindən sui-istifadə hallarını çox məharətlə icra etdiyi açıq görsənir. Bu günlərdə Teymur Səmədovun elə vəzifəsindən sui-istifadə halına yol verməsi şəhər sakinlərinin müzakirə obyektinə çevrilib. Aprelin 27-də Teymur Səmədovun övladının Sumqayıt şəhərində “Qərb” şadlıq sarayında toy məclisi keçirilib. (Allah mübarək etsin, xoşbəxt olsunlar!) Toyda iştirak etmiş şəxslərin sözlərinə görə dəvətlilərin sayı 1000 nəfərdən çox olub. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin işçilərindən tutmuş,digər dövlət strukturlarının, polis, prokurluq, vergi, gömrük, rəhbərləri, xəstəxana və poliklinikaların baş həkim və muavinləri, məktəb direktorları, bağça müdirləri. və digər vəzifəli şəxslər toyda iştirak ediblər. Təbii ki, bu vəzifədən sui- istifadə halından başqa bir şey deil.
Son vaxtlar toyda israfçılığa yol verməməmək,vəzifəli şəxslərin övladlarına dəbdəbəli toy məclislərinin keçirilməsinin qarşısını almaq yönündə dövlət səviyyəsində müzakirələr aparılır. Təbii ki, vəzifəli şəxs də insandır, övladının xoşbəxtliyi üçün arzuladığı toy məclisi keçirə bilər, arzuladığı insanları övladının toyunda görmək istər. Lakin burada toya xərclənən vəsaitdən söhbət gedir. Vəzifəli şəxsin, dövlət məmurunun aldığı maaşla etdiyi toya çəkdiyi xərc ust-ustə düşmür axı? Teymur Səmədov da dövlət məmurudur, vəzifəli şəxsdir. Hamıya nümunə üçun 300-500 nəfərlik qohumların, dostların içtirakı ilə toy məclisi təşkil edə bilərdi. Bu da sadə insanların marağına səbəb olmazdı ki, Teymur Səmədovda bu var dövlət üç illik vəzifə başında haradandır?
Telman Məmmədov
Aktualinfo.org