“Yenə də tənhalıq” - Leyla Əliyevadan yeni şeir
12-05-2019, 02:39
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Yenə də tənhalıq” adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
Teleqraf.com sözügedən şeiri təqdim edir:
Başım üstə göy üzü yenə əriyib itir
Mələklər də gizlənib bir anlığa, bu nə qəm?!
Şadlıq ilə dolu ev-hərdən bu ev özgədir,
Evin eyvanı isə söz verir: mən səninəm.
Kölgələrini quşlar tezliklə soyunacaq
Zil qaranlıq gecədə biz görmərik onları.
Dənizlər arxasında, ey dost, mənə acıma
Tənhalığım gəlir ta beşikdən mənə sarı.
Bu milçək də hey uçur bircə an yorulmayıb
Oynamağa səbrim yox, alıbdılar səbrimi.
Bəlkə mənim əvvəldən oyun arzum olmayıb
Eynən söz-söhbətlərdən qaçmaq arzusu kimi.
Mənimki bu həyatı yazmaqdır olduğu tək
O, gəlməklə getməyim arasında bir ahdır
Öncədən taleyimi duyur sinəmdə ürək
Amma heç kim deməsin gizlin duymaq günahdır. ***
Amma bizdən yuxarı − göylərin min bir qatı
Ölçülən, ölçülməyən mövcuddur, haqlıdır.
Zamansızlıq içində sorma məndən saatı
Yəni, “saat neçədi?” bu qədər maraqlıdır?!
Bizə gözlərdən gəlib öncəgörlük qisməti
Bax, yenə baş-başayıq - mən və tale vətənim.
Bilirəm, məni heç kəs, unutmasa da qəti
Yenə də vəfalı bir tənhalığım var mənim.
Tərcümə: Kamal Abdullayev