Heç kəsə yamanlıq istəmirəm mən... - Leyla Əliyeva
16-05-2019, 19:01
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan” adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
Kult.az sözügedən şeiri təqdim edir:
Xəzər dalğa-dalğa könlümü çalar,
Külək qucaqlayar çiyinlərimi.
Gözəl Azərbaycan - bənzərsiz diyar,
Baxdım, söz tapmadım, susdum lal kimi.
Təbəssüm saçılan hər üzdə nur var,
Quşların səsiylə açır dan yeri.
Gözəl Azərbaycan – müqəddəs diyar,
Ulduzlar bağrında xal gecələrin.
Sərvətdən yaradıb Allah bu yeri,
Zirvələr, vulkanlar, meşələr, göllər.
Gözəl Azərbaycan – Tanrının sirri,
Sənə xeyir-dua göylərdən gələr.
Bir ocaq başında qızınır hamı,
İnsana məhəbbət Allah əmridir.
Haqqı, mərhəməti, dini, inamı,
İnsanlar qol-qola sabaha gedir.
Göylərdən endilər sanki sübh çağı,
Xeyir işlər üçün insanlar yerə.
Gözəl Azərbaycan - pirlər ocağı,
Sınmadıq, yenmədik əsən yellərə.
Bu Odlar Yurdunu sən qoru, Allah,
Bu, sevgi, mərhəmət, sülh diyarıdır.
Mələklər görünür hər axşam-sabah,
Üzümüz, yolumuz sənə sarıdır.
Heç kəsə yamanlıq istəmirəm mən,
Dünya həsrət qalsın zülmə, savaşa.
Gözəl Azərbaycan - sevimli Vətən,
Sənə baş əyirəm! Əbədi yaşa!!!
Tərcümə: Baba Vəziroğlu