Osmanlı Səfəvi döyüşlərində vuruşan əxi qadınlar kimlər idi?

23-06-2023, 00:13           
Osmanlı Səfəvi döyüşlərində vuruşan əxi qadınlar kimlər idi?
Əxi sözü günümüzdə fərqli anlamda işlədilsə də, orta əsr tarixində bu sözün etimalogiyası fərqlidir. Bir çoxları əxi sözünün ərəb sözü olduğunu düşünsə də, əslində, qədim türk sözüdür.
Günümüzdə çoxunun ərəbcə hesab etdiyi "əxi" sözünün ərəbcə ilə bir əlaqəsi yoxdur. "əl-Ax" sözünə "y" əlavəsi ilə ərəbcə "qardaş" mənasına gəldiyi iddia edilsə də, söz, əslində, qədim türkcədir. Çünki mənbələrdə bu söz ərəbcə olaraq keçmir. Ərəblər "əxilik" təşkilatına "fütüvvət", "əxi"lərə isə "fəta" və "fityan" deyirlər.
Əxi sözü qədim türkcə "akı" sözündən gəlir. Mənası isə "əliaçıq", "alicənab", "comərd" deməkdir. Kəlmə qədim Uyğur və Qaraxanı dövrü mətnlərində (IX-XII) bol-bol keçir. Sadəcə Yusif Xas-Hacibin "Qutadqu-biliq" əsərində 30 dan çox yerdə işlədilib.
Qaşqarlı Mahmudun "Divani-lüğət-it-türk", "Atabət əl-xəkayiq" və hətta qədim Uyğurların Turfan kitabələrində də eyni kəlmə var.
Əxilik təşkilatı ortaya çıxanda belə ərəbcə əsərlərdə bu terminə yer verilməyib. Fütüvvət Abbasi xəlifəsi Nasirin (1180-1225), əxilik isə Səlcuqlu soyundan Şeyx Əhvədəddin Kirmani və onun kürəkəni Əxi Evrənin adları ilə bağlıdır. Əxilik orta əsrlərin bir növ sivil-toplum quruluşu idi.
Şeyx Əhəvədəddinnin qızı və Əxi Evrənin arvadı olan Fatma bacı isə qadın əxilik təşkilatının banisidir. Mənbələrdə "Baciani-Rum", yəni "Anadolu bacıları" adı verilib. Tarixdə ilk qadın təşkilatlanmasıdır. Anadoluda Osmanlı təsiri ilə zəifləyincə böyük bir hissəsi Səfəvi ölkəsinə gələn həmin bacılar, Şah İsmayılın arvadı Taclı Bəyimin ətrafında toplandılar. Çaldıran döyüşündə öldürülən çox sayda qadın döyüşçünün " Baciani- Rum"a mənsub qadınlar olduğu iddia edilir.
Tomris Xatun
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.