Şah İsmayıl Türlüyü necə öyürdü...

3-09-2023, 09:17           
Şah İsmayıl Türlüyü necə öyürdü...
Şah İsmayıl babamızın Türklüye verdiyi önemi öz şeirindede bildirir. Oxuyun ve şeirin açılışında oxuyun sonda..
(Şah İsmayıl Xətai)
Bağdaş qurub otursa nigarım, fəğan qopar,
Dursa-otursa, fitneyi-axirzaman qopar.
Şirvan xəlayiqi xamu Təbrizə daşına,
Mülki-Əcəm sorar ki, qiyamət xaçan qopar?
Yetdükcə tükənür ərəbün kuyi, məskəni,
Bağdad içində hər necə kim, türkman qopar.
Çıxsa saraydən bu cahan varisin dutar,
Bir mürşidi-təriqət, pirü cəvan qopar.
Görmüşdü ta Xətayi əzəldən yəqin muni,
Nuhun əlaməti gəlür, andan tufan qopar.
-Burada
Şah İsmayıl, Şirvanda hökm sürən Şirvanşahlar xanədanlığının Acem (Fars) nəslinə əsaslandığı gerçəyindən yola çıxaraq Acemliler üçün qiyamətin gəldiyinə hökm etməktədir. Bu da Şah İsmayılın "Türk" şəxsiyyətinə duyduğu həddindən artıq bağlılığı göstərir.
''Gitdükçe tükənər'' ilə başlayan iki sətir isə Bağdadın fəthindən bəhs etməkdədir. Bağdadın fəthində Türkmen igidlərin(yəni Azərbaycan Oğuz Türkləri o zamanlar bütün Oğuzlara Türkman deyilirdi) qəhrəmanca döyüşdüyündən, bunun qarşısında Ərəblərin heç bir güc göstərə bilmədiyindən, Ərəblərin sanki tükəndiyindən bəhs edir. Şah İsmayıl bu sətirlərdə Fars və ərəblərə qarşı Türkmənləri tərifləyər, ucaldar.
Şah İsmayıl Xətai eyni zamanda divanına belə bir söz də yazmışdır: "Sən ey Türk-i pəri Peyker". Burada Şah İsmayıl dövrümüzün Türkcəsiylə "Sən ey pəri bədənli, mələk əndamlı Türk" demişdir.
Qısacası, Şah İsmayılın Türklüyü necə ucaltdığını görürük..
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.