Şah İsmayıl Xətainin indiyəcən Azərbaycanda bilinməyən bir şeiri..
21-12-2023, 15:18
Bu şeir, Vladimir Minorski tərəfindən şahın türkcə divanı haqqında məqaləsində, həm orijinalda (ərəb əlifbası ilə), həm də muəllif tərəfindən ingilis dilinə tərcümədə verilir. Şeirin Azərbaycanda çap olunan mətnlərdəki yoxluğunun səbəbinə gəlincə, fikrimizcə bu, Minorskinin məqaləni yazarkən divanın Paris Milli Kitabxanasında (Bibliotheque Nationale, sup.turc 1037) saxlanılan nüsxəsindən istifadə etməsi və bu nüsxənin bizim ədəbiyyatşünaslıqda indiyənə qədər tədqiq olunmamasıdır. Hər necə olursa olsun, mətni ərəb əlifbasından latın əlifbasına trankripsiya edən güneyli dostlarımızın vasitəsilə şeiri yenidən ədəbiyyatımıza qaytara bildik: "Gül ağacdən bitdi gəldi şahə yoldaş olmağə, Sirri-şah idi əzəldən, gəldi sirdaş olmağə. Yürəgi dağ olmayınca, bağrı qanlu ləl tək, Heç kimsənin həddi yoxdur qızılbaş olmağə. "Kuntu kənzən" dövründə Məhəmməd nurıdur, Qırmızı tac ilə gəldi aləmə faş olmağə. İsmi İsmayıldur, həm zatı Əmirəlmöminin, Yüzüni görgəc xəvaric razıdur daş olmağə." Mənbə: V. Minorsky, "The Poetry of Shah Ismail I", səh. 1038а Türkün səsi 1/7