BABAM İBRAHİM NƏBİOĞLU

9-05-2024, 09:24           
BABAM İBRAHİM NƏBİOĞLU
Babamın adı İbrahim, atasının adı Nəbi idi.
Yəni o da İbrahim Nəbioğluydu mənim kimi.
1911-ci ildə Qazaxda, İncə Dərəsində, Qaymaxlıda doğulmuş, 1941-də – müharibənin ilk günlərində əsgərliyə çağrılmışdı.
Ehtimal edirəm ki, savaşa könüllü getməyib.
Dağlarda qaçaqçılıq edən biri bu rejim üçün özünü bilərək oda atardımı?
Bilmirəm.
Amma apardılar.
Atdı özünü oda.
Və ya atdılar.
Əminəm ki, kişi kimi də vuruşdu.
Geri qayıtmadı.
Yazdılar ki, itkin düşüb: “Пропал без вести”.
Onun yolunu 35 il gözlədilər.
Ən çox nənəmin gözü yol çəkdi.
Əmim, bibim, bacıları, qardaşları, qohumlar da gözlədilər.
Atam ailə qurandan sonra gözü yolda olanlar siyahisinə anam, sonra mən və qardaşım da qatıldıq.
Babamı dörd gözlə gözlədik.
Məktəbli ikən gecələr xəyallar qurur, babamın əsir düşdüyünü arzu edir, onun bir gün əsirlikdən qaçıb qayıdacağına ümid edirdim.
Amma mən bu xəyalları quranda nə əsirlik qalmışdı, nə də Hitler Almaniyası.
Babamın həsrətini necə çəkmişəm ki, belə əlçatmaz şeylər xəyal etmişəm.
1976-da isə təsadüf nəticəsində inanılmaz bir məlumat aldıq…
9 may haqqında düşüncələrim qarma-qarışıqdır.
Bu səbəbdən də məntiqi bir fikir söyləməyə acizəm.
Düşündüm ki, ən yaxşısı mən babam İbrahim Nəbioğlu haqda yazdığım yazını paylaşım...
***
Yazını aşağıdakı linkdən oxuya bilərsiz.
Məqaləni Münhendə (Almaniya) başlayıb Zalsburqda (Avstriya) bitirmişəm. Gözəl Bavariyada, hər daşı musiqi olan Zalsburqda – almanların əhatəsində yazırdım.
II Dünya müharibəsinin bitməsinə illər deyil, aylar deyil...3 gün qala şəhid olmuş İbrahim Nəbioğlu haqda yazırdım...
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.