Lənkəran hücumundan sonra Pyotr Kotlyarevski özünü “canlı ölü” adlandırırdı

17-04-2025, 09:54           
Lənkəran hücumundan sonra Pyotr Kotlyarevski özünü “canlı ölü” adlandırırdı
Lənkəran qalası 1 yanvar 1813-cü ildə general Pyotr Stepanoviç Kotlyarevski başda olmaqla Rus imperiyasının ordusunun əlinə keçib.
Kotlyarevski hücum zamanı Lənkəran qalasına qalxarkən ayağına atılan üç güllə ilə yaralanıb. Bundan əlavə, döyüş zamanı onun ən ağır yarası yanağına atılan güllə olub. Rus ordusu qalanı aldıqdan sonra Kotlyarevski əzilmiş və eybəcər halda çox sayda cəsədlər arasında tapılıb, sonra isə o özünə gəlib.
Lənkəran döyüşlərinə görə 31 yaşlı Pyotr Kotlyarevski ikinci dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunur və aldığı yeddi ağır yara ilə təqaüdə göndərilib. Hökumət tərəfindən verilən pula keçmiş general Krımda özünə ev alır və ömrünün qalan 39 ilini orada keçirib. Kotlyarevski evində özü kimi əlil- Lənkəran qalası uğrunda gedən döyüşün iştirakçısı olan mayor Şultenə sığınacaq verib.
Generalın Lənkəran yaralarını müalicə edən doktor Qruzinskini Kotlyarevski öz şəxsi ehtiyacına baxmayaraq, ömürlük pensiya ilə təmin etmişdir. Lənkəran hücumundan sonra Pyotr Kotlyarevski özünü “canlı ölü” adlandırırdı. Yaralardan çəkdiyi əzab onun gücünü zəiflətdi, görünüşünü dəyişdirdi: sağ gözü görmürdü, üzü isə əyilmişdi.
Pyotr Stepanoviç Kotlyarevski 21 oktyabr 1851-ci ildə Krımın Feodosiya şəhərində vəfat edir və orada da dəfn olunub. Ölümündən bir neçə gün əvvəl xüsusi qutudan Lənkəran döyüşlərindən sonra başından götürülmüş 40 sümüyü çıxararaq deyib: “Hökmdarın təyinatını qəbul edib, məzara qədər vətənə xidmət edə bilməməyimin səbəbi bu idi. Qoy onlar sizin üçün əzabımın xatirəsi olaraq qalsın”.
Cənublu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.