Azərbaycanlılar dindən çox adət-ənənələrə və milli dəyərlərimizə bağlı olublar
17-04-2025, 16:54

"Azərbaycanlılar dindən çox adət-ənənələrə və milli dəyərlərimizə bağlı olublar. Bir çox sahələrdə qadına olan hörmət o qədər böyük olub ki, qadın yaylığını açıb yerə atsa qanlı mübahisələr dayanardı. Qadın küçədə gedəndə at belində olanlar dərhal yerə düşüb onu tək olduğu halda evinə qədər müşayiət edərdilər. Ailə qurmaq məsələsi də çox ciddi mental dəyərlərə söykənirdi. Qızı görüb və onunla evlənmək istəyən gənclərin əməl etdikləri gözəl bir adət var idi. Oğlan qızın subay, ailəli, yaxud dul olmasını bilmək üçün bulaq başına gedər, kənarda durar, onun səhənginə doldurduğu sudan bunu bilərdi. Dul qadına elçi gələn oğlan da mütləq müəyyən şərtlərə əməl etməli idi:
1) Qadının övladları varsa onu öz övladları kimi qəbul etməli;
2) Əgər birinci əri döyüşdə yaxud başqa səbəblə ölürdüsə onun ailəsinin övladlarını ziyarət etməsinə şərait yaratmalı idi.
Azərbaycanlıların milli-mənəvi dəyərlərinə görə hər hansı bir qızın yaxud qadının adı başqa yerdə çəkilirdisə soruşan adam ya ciddi addımlar atmalı, ya da bu hərəkətinə görə ağır cəzaya razı olmalı idi. Ağır cəza isə ölümü idi".
Zaur Əliyev, fəlsəfə doktoru , dosent.
Şəkil: Azərbaycanlı xanımlar, Şuşa, 1900-cü illər.