Batin alimi yazır: Qurandakı "Allahın Adıyla Oxu!" əmrinin gizli mənaları
Bu gün, 10:34

Bildiyimiz kimi İslamın ilk vəhyi - Məhəmməd peyğəmbərə nazil olmuş Ələq surəsinin ilk ayəsidir. Bu ayədə Allah Məhəmməd peyğəmbərə - "Yaradan Rəbbinin adı ilə oxu!" ("İqra’ Bismi Rəbbikəlləzi halaq") əmrini verir. Buradakı "Bismi Rəbbikə", yəni "Rəbbin adı ilə" ifadəsi, Quranın ilk sözü olan Bismillahla ("Allahın adı ilə") eyni fikri bildirir. Lakin batini mənada Rəbbikə rəmzi ilə Allah rəmzi tam müxtəlif mənalı sözlədir. Bu rəmzlərin əsl, yəni batini mənalarını anlamaq üçün qədim müdriklərin məntiqinə müraciət etmək lazımdır.

Məlumdur ki, imam Əli Bəsmələ (Bismillah) haqda demişdir: "Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ isə Ba hərfindən ibarətdir. Mən isə Ba hərfinin altında bir nöqtəyəm". Deməli, Bismillah və Bismi Rəbbikə sözlərinin əsas mahiyyəti Ba hərfidir və bu sözlər əslində - "Allahın (Rəbbin) Ba ismi" anlamındadır. İslamda Allah bu mənada Ba-Allah, yəni Billah və Vallah kimi də qeyd olunur. Quranda Billah rəmzi - "Amenu Billahi" kimi keçir ki, bu da Allahın Ba adının Amen rəmzinə aid olması deməkdir (1). Amen sözü iman, iman gətirmək mənasında qəbul olunsa da, ən qədim Misir mənbələrində bu rəmz - pir (firon) Amon və ya Amon Allahı kimi məşhurdur. Misir mətnlərində Ba rəmzi firon Amonun kamilləşib, göydə


Hədis elminin məşhur bilicisi Buxari yazır ki, ibn Abbasın sözlərinə görə, Allahın elçisi (Məhəmməd) demişdir: "Cəbrail məni, Quranı bir üsulla oxumağı öyrətmişdi, lakin mən ondan çox öyrənmək üçün çalışdım və nəhayət, o məni "yeddi üsulla" oxumağı öyrətdi". Burada "yeddi üsulla" oxumaq dedikdə, Quranın yeddi qat dərin batini mənalarını dərk etmək nəzərdə tutulur. Mən məqalələrimdə qeyd etmişəm ki, mənbələrdəki "yeddi üsulla" oxuyanlar karilər (Kurra) nəslinin nümayəndələri olmuşlar. Karilər - qədim Misir mənbələrində "Qor Allahının yolu ilə gedənlər" adlanır və İslamda onlar - "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolu ilə gedənlər" kimi məlumdurlar (3). Tövratda karilər - aqarlılar, yəni Həcər/Qacar ismaililəri adlanırlar. Quran, yəni Qərəə sözü də ismaililərin bu Kari, yəni Qor nəsli ilə bağlıdır. Digər tərəfdən Qurandakı "İqra!", yəni Allahın "Oxu!" əmri də batini mənada Qor, Kari sözləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, "Allahın adı ilə oxuyanlar" elə Quranın yeddi qat dərin batini mənalarını anlayaraq oxuyan ismaililərin Qor/Kari nəslidir.

Yəhudi ənənəsində mətnlərin yeddi qat dərin batini mənaları - "Şifahi Tövrat" adlanır və mən internet səhifələrimdəki "Устная Тора глазами суфия-агадиста" adlı məqaləmdə bu haqda geniş yazmışam (4). Bunlar o deməkdir ki, Allahın adı ilə "oxuyanlar" (İqra) elə Tövratdakı Gelat izmaililərinin Aqar, yəni Həcər/Qacar nəslinin natiqləridir və mənbələrdə məhz bu ifrat Gelat ismaililəri - "Danışan Quran" adlanırlar. Bu natiqlərin dili Tövratda - "ilk insanların vahid "səfa" dili" kimi keçir və bu da bizə sufizm kimi məlumdur. Quranda bu dil - Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır. Bu dildə əsas fikri - İlahın müxtəlif çevrilmələrinin mənalarını ifadə edən samitlər daşıyır. Saitlər isə yalnız bağlayıcı rolunu oynayır. Bu məntiqdə İlah rəmzi ilə eyni mənalı Hü səsi, yəni "h" samiti - bütün varlıqlara həyat verən, əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyanı bildirir. İlkin materiyanın bir "damlası" olan ruh bu məntiqdə "S" ("Ş", "Z") samiti ilə ifadə olunur. İlkin materiyanın qanun və qüvvələrini dərk edərək kamilləşmiş ruh isə bu fəlsəfədə "B" və ya "V" samiti ilə qeyd olunur və s. Deməli, "Allahın adıyla oxumaq" - İlahın müxtəlif çevrilmələrini bildirən rəmzlərin "batini mənaları ilə oxumaq" deməkdir.

Sufi məntiqində Rəbbikə sözü, yəni "RBBK" rəmzi - Rəb və Baka rəmzlərindən ibarətdir. Baka rəmzi sufizmdə - tərikə yolu ilə gedən türkün ruhunun, Bəqa fazasında İlahla vəhdətə nail olmasını bildirir ki, bundan sonra o tam kamilləşib İlahdan istənilən canlı varlıq yaratmaq İlahi qüdrətinə sahib olur. Məhz bu qamlıq məqamında pir Amon, göydə İlahdan Ra diski (şarı) yaratmış, öləndən sonra isə onun kamilləşmiş Ba ruhu bu Ra diski ilə birləşmişdir. Beləliklə göydə, bizim Rəhman adlandırdığımız Ra-Amon Allahı, yəni Rəb (Ra-Ba) yaranmışdır. Başqa cür desək, Ra-Amon elə Ra-Ba, yəni Rəb deməkdir. Rəbbikə sözü isə Rəb-Bəqa, yəni sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olmuş Rəb mənasındadır. Deməli, Allah mənasını verən Rəb rəmzi - Ra günəş diskinin Ba ruhu ilə birləşməsini bildirir. Quranda "Bismi Rəbbikə", yəni "Ba Allahın adı ilə oxu!" dedikdə də - "Bəqa fazasında Rəbbə çevrilmiş pir Amonun Ba ruhunun, səmadan peyğəmbərin ürəyinə endirdiyi vəhy vasitəsilə oxu!" əmri başa düşülməlidir. Buradakı "ismi" rəmzi batini mənada sim, yəni səma aləmi, bu aləmdə yaradılmış Sim çadırı - cənnət deməkdir.

Tövratda Rəb, yəni RaBa rəmzi - "yaradan Allah" mənasında BaRa kimi qeyd olunur ki, yəhudilərin ibri (əvrə) və İbrahim (Avraqam), yəni "qamlıq məqamında olan BaRa" rəmzləri də bu mənadadır. Quran kitabı kimi Tövrat da - Ba rəmzi ilə, yəni bet hərfi ilə başlanır. Göydəki dünyanın yaradılışının təsviri ilə başlayan Tövrat kitabının ilk sözləri - "Bereşit bara Elohim" ifadəsidir və bu sözlər - "Əvvəlcə Allah yaratdı" mənasını verir. BaRa yaradan Allahın göydəki ruhlar dünyası Kabbalada "Briya" adlanır ki, bu da sufizmdə Ərəb aləmi mənasındadır (5). BaRa yaradan Allahın obrazı ən qədim mətnlərdə Assur şahı Sanxerib kimi qeyd olunur və bu rəmz "Sünik-Ərəb" mənasında - "Sünik göylərində yaradılmış Ərəb (BaRa) ilkin materiya səhrası" deməkdir. Süni (Sünnü) pirlərinin (paronter) Sünik göylərində səhra "tikmələri" haqda mən - “Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!” adlı məqaləmdə ətraflı yazmışam (6).
Bereşit rəmzini müdriklər bütün Tövratın mahiyyəti kimi qəbul edirlər. "Əvvəlcə" mənasında olan Bereşit rəmzi sufi məntiqində Ba-reşit kimi də oxunur ki, buradakı Ba rəmzinin qimatriya, yəni rəqəm ifadəsi ikidir. Reşit rəmzi isə "əvvəl" mənasındadır. Bereşit sözü, ortasında nöqtə olan "בּ" və Ba kimi oxunan bet hərfi ilə başlanır. Bet hərfi sufi məntiqində beyt, yəni ev, Allahın Evi anlamındadır. Ərəbcə Ba hərfində isə nöqtə işarənin altında ب qeyd olunur. Bir tərəfi açıq düzbucaqlı şəklində olan bu hərf qədim Misir mənbələrində, yaradılışın tamamlanmasını simvolizə edən və 10 rəqəmini bildirən Nut göyünün "∩" işarəsinə uyğun gəlir ki, bunun içində Allahın Evi, yəni Osirisin (Asar/Azər) ölüm şahlığı təsvir olunur. Deməli, Ba hərfi həm də Allah beytinin rəmzidir ki, göydə ölümsüzlük qazanmış Ba ruhları bu cənnətdə ikinci həyat qazanmışlar.

Digər tərəfdən, qeyd etdiyim kimi Bereşit sözündəki Ba rəmzi iki rəqəmini bildirir və bu zaman bu söz "iki-reşit", yəni - "əvvəlcə iki yaradılış vardı" fikrini ifadə edir. Reşit sözü bu mənada Ra və Şit rəmzlərindən ibarətdir ki, sufi məntiqində Ra sözü əvvəldə gəlmiş Ra-Amon Allahını, Şit isə Sif mənasında axırətdə gələcək Mehdi (Moşiax/Messiya) obrazını bildirir. Mən, “Библейский Сиф сын Адама является образом Мессии” adlı məqalədə, Tövratdakı Sif (Şit) obrazının axirətdə gələcək Mehdinin obrazı olması haqda ətraflı yazmışam (7). Bu o deməkdir ki, "əvvəlcə Allah göyü və yeri yaratdı" dedikdə, iki Allah - əvvəldə və sonda gələcək Allahlar nəzərdə tutulur və bunlar Amon Allahın ruhunun obrazlarıdır. Tövrata görə, yaradılışın dördüncü günündə Allah iki böyük işıq - gündüzü idarə etmək üçün böyük işıq (Günəş) və gecəni idarə etmək üçün kiçik işıq (Ay) yaradır. Bu isə onu deməyə əsas verir ki, axirətdə zühur edəcək Mehdi obrazında olan Sifin obrazı, dünyanın yaradılmasından əvvəl yaradılmışdır. İslam mənbələrində Sifin obrazında imam Əli ibn Abu Talib göstərilir və mətnlərə görə Əli - "Adəmin dövründə Sif olmuşdur". Hədislərə görə, Mühəmməd peyğəmbər demişdir: “Mən və Əli, Adəmin yaradılmasından 14000 il əvvəl eyni Nurdan ibarət idik”, yaxud “Mən və Əli, Adəmin yaradılışından 40000 il əvvəl, Allah qarşısında Nur olmuşuq” (8). Məşhur sufi Mir Damədin "nursaçma" ideyasına görə, imam Əli və Məhəmməd peyğəmbər – bir "gur işıq"dan (nur şa-şani) əmələ gəlmişlər ki, bunlardan biri insan silueti formasını alır, digəri isə - onun dalınca gələn – titrəyən işıq formasındadır. Birinci Əlinin, ikinci isə Məhəmmədin rəmzləridir. 14 paklar qrupunda Fatimə – "iki nuru birləşdirən" (məcma ən nurayn) – peyğəmbərlik və müqəddəslik işığını birləşdirəndir". Bunlar onu deməyə əsas verir ki, sufi məntiqində imam Əli və Məhəmməd peyğəmbərin obrazları, göydəki ruhlar dünyasının yaradılışı zamanı yaradılmış - əvvəldə gəlmiş Günəş Allahının və axırda gələcək Ay Allahının obrazlarıdır. Sufi məntiqində Ba rəmzi ilə başlayan Quran Sin rəmzi bitir ki, ən qədim mənbələrdə Sin - Ay Allahı El-Amurru adlanır. El-Amurru - Xarran amoreylərinin, yəni Arran mar-miriləri olan seyidlərin Əli-Əmir (əl möminin) imamıdır. Qədim yəhudilərdə və ifrat Gelat şiələrində Əli obrazı - El, yəni El-İlah (Əli-İlahi) - Allah kimi qəbul edilmişdi. Quranda bu obrazlarda İbrahim və İsmail göstərilir ki, batini mənada İbrahim - əvvəldə gəlmiş BaRa-Qam, İsmail isə İsmi-Əli (Səma/Sim-Əli), yəni göydəki El, vilayət, dünya deməkdir.

İmam Əli özünü "Ba hərfinin altında bir nöqtə" adlandırır ki, sufi məntiqində nöqtə - İlahi nurun başlanğıcı, Günəşin rəmzi mənasındadır (9). Başqa sözlə, imam Əli obrazı - yaradılışın başlanğıcında olan iki obrazdan biridir. Yaradılış, yəni əvvəl Tövratla başlanır ki, burada nöqtə bet hərfinin (Ba) içində, yəni göydəki beytdə göstərilir. Mənbələrdə bu - imam Əlinin Kəbədə, yəni qeyb aləmində doğulması və axirətə qədər orada qalması kimi rəmzləndirilmişdir. Axirətlə bağlı olan Ərəb fəlsəfəsində isə nöqtə Ba-nın altında göstərilir və bu da artıq Əlinin göydəki beyti tərk edib, axırətdə yerdə insan simasında zühur etməsi anlamındadır.

Məşhur sufi şairi Hz. Niyazi Misri öz şeirlərində Kamil İnsanı, yəni Adəmi nöqtə adlandıraraq bildirir ki, bu Adəmi yalnız ikinci Adəm dərk edə bilər:
"Haqq elmində bu aləm bir surət imiş ancaq,
O surətdə bu Adəm bir nöqtə imiş ancaq.
O nöqtənin içində gizli neçə min dərya,
Bu aləm o dəryadan bir damla imiş ancaq.
Adəmliyin kim tapsa bil ki odur Adəm,
Yoxsa görünən surət bir kölgə imiş ancaq".
Başqa sözlə, özünü nöqtə adlandıran imam Əli - Kamil İnsanın mahiyyətini dərk edən, yəni müqəddəs yazıların yeddi qat dərin batini mənalarını anlayan natiqdir. Buna görə peyğəmbərimiz Özünü elm şəhəri, imam Əlini isə bu şəhərin qapısı adlandırır. Bu o deməkdir ki, Məhəmmədül Əminin İlahi sirlərini, yalnız imam Əliyə verdiyi elmi-Billah vasitəsilə dərk etmək olar. Bu Billah elmini də yalnız, yaradan Rəbbinin adı ilə oxuyub anlamaq mümkündür.

İsmailiyə fəlsəfəsində peyğəmbər yox, Quranın yeddi qat dərin batini mənalarını bilən natiq vardır. Bu sufi müdriklərinə görə oxuduğumuz Quran əsl Quran deyil. Əsl Quran - Lövhi Məhfuzda olan və ürəyinə elm verilmiş ismaili natiqləridir, yəni "danışan Qurandır" və mən bu haqda internet səhifələrimdəki - "Oxuduğumuz Quran - həqiqi Quran deyil" adlı məqaləmdə ətraflı yazmışam (10). Quran kitabı, Zümər surəsinə görə hədislər toplusudur (11). Deməli, sufilərə görə, Quran kitabı dedikdə - Qor (Kari) ismaili natiqləri nəslindən gələcək kutub (vəli) nəzərdə tutulur. Axirətdə məhz bu son natiq - Quran kitabını "Allahın adı ilə", yəni yeddi qat dərin batini mənalarını izah edərək oxuyacaq. Öləndən sonra isə onun ruhu göydə El Allahının, yəni Əli Vilayətinin ruhuna çevriləcək. Məhz bundan sonra o, Ay Allahı obrazında Günəş Allahı Ra-Amonun yerinə keçəcək və yer kürəsində yeni İlahi Haqq-ədalət dövrü başlayacaq.
Ədəbiyyat
1. Quran, 49:15
2. Quran, 26:192-196
3. Məqalə: "Əhli-sünnə və onların ağlasığmaz sirləri", sayt: https://firudin.blogspot.com/2023/01/hli-sunn-v-onlarn-aglasgmaz-sirlri.html?m=1
4. Məqalə: "Устная Тора глазами суфия-агадиста", sayt: https://firudin.blogspot.com/2025/04/blog-post_12.html?m=1
5. Məqalə: "Великие Азеры и их "Сефер Йецира" Каббалы", sayt: https://firudin.blogspot.com/2025/06/blog-post_30.html?m=1
6. Məqalə: “Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!”, sayt: https://firudin.blogspot.com/2023/07/qdim-mnblrdki-rbistan-indiki-rbistan.html?m=1
7. Məqalə: “Библейский Сиф сын Адама является образом Мессии”, sayt: https://firudin.blogspot.com/2021/04/blog-post_23.html
8. Məqalə: "Bütün dinlər birdir", sayt: https://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html?m=0
9. Məqalə: “Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar”, sayt: https://firudin.blogspot.com/2021/04/elm-bir-noqt-idi-cahillr-onu-coxaltdlar_13.html
10. Məqalə: "Oxuduğumuz Quran - həqiqi Quran deyil", sayt: https://gilarbeg.wordpress.com/2023/05/10/oxudugumuz-quran-h%c9%99qiqi-quran-deyil/
11. Quran, 39:23
Firudin Gilar Bəg
Sufi-batin alimi
12.07.2025