Siyaməklə Vəhidə xanım; əbədiyyət sevgi rəmzləri “kiyumərs islami”

10-05-2018, 10:40           

Türk dünyası və özəlliklə azərbaycan haqlı olaraq, əskidən bəri tarixin hər bir alanında öz igid övladlarına güvənib və onlarla fəxr etməkdədir. Belə ki, azərbaycan mədəniyyətində əski çağdan toplumda insanların özəl əxlaq və namus pərvərlik və bərabərlik özəlliyi, eləcədə ailə və onlarda olan sevgi və məhəbbət bağları dünyada dillərə dastan olmuşdur. Türklərdə qadın və erkək sosiyal həyatın hər yerində birlikdə çalışıb irəliləmişlər, hətta dövlət işlərində isə bərabərcə qərar verirmişlər. Orta çağ italia səyahətçisi morko polo (1254-1324) türk qızlarının üstün mövqeyindən, ömür-gün yoldaşı seçimində özgür olmalarından, atanın müdaxiləsi olmadan özlərinin seçdigindən yazmışdır. əski türklər, əsasən qadını qutsal sayan şamanizmin hakim mövqedə olduğu dğnəmlərdə toplantılarda dayrəvi oturub və beləliklə qadınların və kişilərin bərabər hüququ təmin edilmiş olardı.
Türklərdə qadınlar və erkəklər, daha dəqiq desək sevgili və həyat yoldaşları hətta bir çox azadlıq hərəkatlarında, savaşlarda, eləcədə dövlət qərarlarında birgə iştirak edib və çalışıb və çalışırmışlar. Örnək olaraq: bilgə xaqan və po-fo xatun, atilla və aruq xatun, bamsı beyrıklə banu çiçək, koroğlu ilə nigar xanım, qoçaq nəbi ilə həcər xanım və bir çox başqalarıda saymaq mümkündür. Yəni türklərdə qadınlarla erkəklər bir-birlərinə himayəçi və güc qaynağı kimi böyük rolları olmuşdur.
Ailə sevgisi və həyat yoldaşlarının azadlıq yolunda birgə çalışıb, bir-birlərinə himayələri və güc vermələri bugündə azərbaycan türklərində davam etməkdədir. Bu can yoldaşlarının bir çoxu bugün güney azərbaycanın azadlıq hərəkatında mövcuddur. Örnək olaraq: abbas leysanlı ilə ruqəyyə xanım, siyamək mirzayi ilə vəhidə xanım, səid mətinpurla ətiyə xanım, yürüş mehr əlibəyli ilə suna xanım və sairə milli-mədəni fəalları ad aparmaq olar. Onlar çiyin-çiyinə, əl-ələ və ürəkdən çalışan fədakar özgürçülərdir. Bu yazıda isə, illərdir dustaqda olan siyamək mirzayi və həyat yoldaşı vəhidə kərimi nin qutsal sevgilərinin dərəcəsin, türklərin tarixi ailə dəyərləri açısından və onların sevgisin əskidən türklərdə “buta”nın əbədiyyət sevgi rəmzi kimi dəyərləndirmək istəyirik.
Uzun illərdir ki, faşist imperyalar yönündən soyqırım edilmiş, talan olmuş, didərgin və sürgün düşmüş elimiz və millətimizin azadlıq yolunda, atalarimiz qutlu yola ayaq basmışlar və bugündə yenə davam etməkdədir. əlbəttə ki uzun yoldur, zəhmət istəyir, göz qırpmadan çalışmaq, igid ürəklər, ayıq beyinlər və inanc istəyir. Günümüzdə və illər boyu ayıq vicdan, saf və sadiq vətənimizin özgürlük yolunda çalışan insanlarımızdan biri siyamık mirzayidir. O qədər zalimlər gözünə ox kimi sancılmış ki, igidcəsinə yenə dustaqda yorulmadan çalışmaqdadır. Və əlbəttə ki, ona bu yolda vətən inancından sonra ən ruh verici, himayəçi və gücünə güc qatan xanımı yəni vəhidə xanımdır. Bu uzdən onların sevgisi bugünlük deyil, onların sevgisi türklüyümüzdən, atalarımızdan və damarlarında axan qandadır. Təbii ki, bu duyğular və igidlik əskidən gəlib və sonsuzluğa kimi davam edəcəkdir. Ancaq bu sevginin quralları biz türklərdə və şanlı tariximizdə nə biçimdə olmuşdur!?
Islamiyyətdən öncə türklərdə ailə, toplumun ən küçük öyəsi olmuşdur. Ailənin meydana gəlməsi üçün gərəkli bir sıra toplumsal qurallar türklərdə hüquq anlayışında etkili olmuşdur. Yazılı olmayan hüquqi qurallar genəl olaraq qarşımıza çıxan törə, əski türklərdə önəmlidir. Törə əski türklərdə atalarından qalan bütün qurallar toplamı, qanun anlamında əski türk sosiyal həyatını düzənləyən məcburi qeydlər bütünlüklə tanımlanmışdır. Bu ailə quruluşu nun ən önəmlisi sevgili qızlarla oğlanların evlənməsi və törə qurallarına hörmətlə yanaşmaqdır. Göy türklərdə ailənin ortaya çıxışı orxun kətibəsində belə yazılmışdır: türk milləti yox olmasın diyə, millət olsun diyə, babam iltəriş xaqanı, anam ilbilgə xatunu göyün təpəsindən tutub qaldırmış olacaq.
əski türklərdə qadın xaqanın ilham və güc qaynağı idi. ən əski türk inanclarından birinə görə, xaqan və qadını (xan və xatun) gök övladları idi. Beləliklə qadın xaqana bərabər tutulur və qutsallaşdırılırdı. əski türklərdə qadın kişinin silahdaşı, etibarlı dostu və dayağı idi. Bunun izlərini dastanlarımızda aydın şəkildə görmək mümkündür. “dədə qorqud” dastanlarında bəlli olur ki, türk qadını dəli domrulun yerinə canını verməyə hazırdır. Türk qadını həmdə döyüşçü idi. ərənlər kimi onlarda çox yaxşı at minir, qılınc oynadır, güləşə bilir və bəzən onunla evlənmək iddeasında olan ərənlərə at minməkdə, qılınc oynatmaqda, güləşməkdə və bir sözlə yarışda onu yenə biləcək igidlə evlənəcəyi şəraiti qoyur. Bunun izlərini bamsı beyrək boyunda görürük.
Türklərdə qadınında kişilər kimi, yazılı əmirlərə xaqanla bərabər qol çəkirdi və göstərişlər “xaqan və xatun buyurur...” ifadəsi ilə bəlli edilirdi.
Göründüyü kimi, türklərdə əskidən bəri qadınla kişi bir yaşayıb, bir çalışıb, bir yola çıxıb və hətta birgə və çiyin-çiyinə savaşmışlar. Bu günümüzdə isə siyaməklə vəhidə xanım bir yaşayıb və milli azadlıq yolunda birgə çalışıblar və indi isə dustaqda olan can yoldaşının arxasındadır, onu himayə edib və azadlığı uğrunda çalışmaqdadır. Təbii ki, biz türklərdə belədə olmalıdır, əskidəndə belə olubdur. Yəni genəl türk tarixində yer tutan və xaqanlıq xatunluq, ordu başçılığı edən çoxlu qadınları örnək vurmaq olar, ana tomris xatun, ordu başçılığı edən subar türkü boğaruq xatun, göy türk xaqanı tonyukukun qızı xaqan xatun, kül tigin anası bilgə xatun, qadını kutlu sultan, uyğur türkü dilşad xatun, dehli türk sultanlığının başçısı raziyə bəgim sultan və sairələri ad aparmaq olar.
Siyamək bəylə vəhidə xanımın sevgisi, “buta”nın əbədiyyət rəmzləri;
Buta türklərdə çox adlımdır. Məna cəhətdən kodlaşma özəlliyinə malikdir. Qədim türklərin məskünlaşdığı bozqırlarda kurqanlardan aşkar edilmiş müxtəlif əşyalar buta yaxud butaya oxşar elementlərə rast gəlinir. Hələ e.ə 5-6 əsrlərdə iskit mədəniyyətinin tapılan əşyaların bir çoxunda butaya oxşar fraqmentlərinin olması bu formanın ilkin şəkillərindən xəbər verir. Buta sözünün luğət anlamı çox keçmışlə bağlıdır. Onun tədqiqatında “buta”, “bute” və ya “puta” sözləri yer almışdır. Yarım səhra yerlərdə bitən tikanlı qanqal bitkisi nin adından biridir. Azərbaycan və türkmənistanda bitər. Lakin buta sözünün başqa anlamı, türk dünyasının adlım alimi mahmud kaşğarlının “divan luğat-ət türk”əsərində rast gəlinir. Məsələn “yalın, sözü oddan çıxan alov” anlamında, və buta motivinin “çiçək tomurcuğu” anlamında “bükük” və “qonça” və “günəş” kimidə adlanmışdır.
Sonucda butanı deyil, onu yaradan halı axtarmalıyıq. Həmin halı isə qədim oğuzlarda “verilən” və ya “qut” adlanan ilahi sövqat olması şübhəsizdir. Buta türk dünyasının ədəbi əsərində, dastanlarda yeniləşmə və sevgi simvoludur. Türk dastanlarında “buta almaq” və “məhəbbət aləminə girmək” və başqa ruhi sövqatların qutlu izləridir. Nəhayətdə buta ilahi sövqat almaq mərhələsinin ən yaxşı örnəklərinə çevrilir. Gülün qonça şəklinə düşməsi, insana verilən dəyərlərin verilməsi elə butanı ifadə edən başlıca ifadələrdir.
Beləliklə, türk dünyasında buta əbədi sevgi rəmzi kimi tanınır. Dastanlarımıza daxil olmaqla, genəl olaraq, sevgilini qız qəhrəmanı buta adlandırır. Bu sevgili buta aşiqə (oğlana) yuxuda da verilə bilər, oğlan qızın sorağını eşidib, yada şəklini görüb vurula bilər. Habelə “kitabi dədə qorqud”, “koroğlu” və başqa qəhrəmanlıq dastanlarımızdaki selcan xatun, banu çiçək, nigar xanım, başqa qəhrəman qadınlarımızda öz həyat yoldaşları üçün sevgili-başqa sözlə, buta obrazını təmsil edirlər. Bugün buta obrazını təsil edən güney azərbaycan qəhrəman sevgililəri və həyat yoldaşları siyamək bəylə vəhidə xanımdır. “Var olsunlar”

Qaynaq
1. Mehmet Mandaloğlu. islamiyyətdən öncə türklərdə ailə hüququ.
2. Qara Namazov. tarixin izləri dastanlarda daha çox qorunub.
3. Məhəmməd Hüseyn Allahquluoğlu. buta, yaxud türk xalçaçılığında hikmət xəzinəsi.
4. Namiq Hacıheydərli. Islamdan öncə türk qadını.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.