Borçalı: Tortdan hərəyə bir tikə - təkbaşına isə onu yemək olmaz

11-05-2018, 22:21           

1918-1920-ci illərdə Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq bu yeni respublikalar üçün olduqca mühüm idi.

Eyni zamanda Bakı ilə Tbilisi arasında gərginlik yaradan məsələlər mövcud idi. Belə məsələlərdən biri də ərazi mübahisələri idi.

Əvvəlki hissədə Zaqatala ilə bağlı vəziyyəti araşdırmışdıq.

Digər bir ərazi mübahisəsi is Borçalı ilə bağlı idi.

Cənubi Qafqaza Rusiya hökmranlıq edənə qədər müasir Azərbaycanın yerləşdiyi ərazidə müsəlman xanlıqlar, Kartli-Kaxetidə (Gürcüstan), Minqreliya və Abxaziyada isə xristian knyazlıqlar var idi. Eləcə də Avar idarəsində olan kiçik bir ərazi var idi.

Eyni zamanda, knyazlıq və xanlıqların sərhədi etnik və dini sərhədlərlə düz gəlmirdi.

1918-ci ilə baxış: Mayın 28-nə aparan o yaz günlərində həyat necə idi?
1918-1991: Bir müstəqilliyin iki bəyanı
Xristian icmalar müsəlman xanlarının idarəsi altında, müsəlman icmalar isə xristian çarların idarəsi altında yaşayırdı.

Gəncə və ya Şirvan xanları müsəlman idilər, lakin bu xanlıqların ərazisində gürcülər və ya ermənilər yaşayırdı.

Digər tərəfdən, gürcü çarları xristian idilər, lakin Gürcüstan çarlığının ərazisində türkdilli müsəlmanlar yaşayırdı.

Müsəlman xalqlarının dillərində danışan gürcülərin regionda mövcudluğu isə onsuz da mürəkkəbliyilə seçilən durumu daha da mürəkkəbləşdirirdi.

Ruslar Qafqaza gələndə buradakı xanlıq və knyazlıq sərhədlərini inzibati sərhədlərə çevirdilər.

Həmin inzibati bölümlər quberniyalar adlandırıldı.

Hər bir quberniya uyezdlərə (qəzalara) bölündü, uyezdlər isə, öz növbəsində, uçastoklara (sahə) kəsildi.

Tədricən, quberniya və ya uyezdlərin sərhədi dəyişidirilirdi, bəziləri birləşdirilirdi.

Bununla belə, iqtisadi, linqvistik, etnik və ya dini arealların sərhədi inzibati sərhədlərlə üst-üstə düşmürdü.

1918-ci ilin mayında Azərbaycan, Ermənistan və Gürcüstan təsis ediləndə onların sərhədi quberniya və uyezd sərhədlərinə uyğun cızılmışdı.

Keçmiş imperiyanın inzibati sərhədləri bir gecəyə beynəlxalq sərhədlərə çevrilmişdi.

Ən əvvəldən bu sərhədlər etnik, dil və ya dini eynilik əsasında çəkilməmişdi.

Nəticədə, həmin sərhədlər dərhal ərazi mübahisələrinə səbəb olmuşdu.

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri
ADR-100: Türk Əsgəri üçün Cəbrayıl çörəyi
Azərbaycan höküməti demoqrafik quruluşa istinad edərək Gürcüstandan bir neçə "uçastok" istəmişdi.

Gəlin, həmin mübahisəli ərazilərdəki o dövrün demoqrafik durumunu nəzərdən keçirək.

Biz 1886-ci ilin statistikasına istinad edəcəyik, çünki həmin statistika rayonlar üzrə rəqəmlərə əsaslanır.

İlk mübahisəli ərazi Tiflis quberniyasının Tiflis uyezdinin Qarayazı sahəsi idi.

1886-cı ilin səndlərinə əsasən, Qarayazıda 5054 əhali yaşayıb, onun 94 faizini tatarlar təşkil edib.

Həmin sahədəki bütün müsəlmanlar tatar və sünni kimi qeyd olunub.

Bir qayda olaraq, Rusiya məmurları türkcə danışanları, o cümlədən, azərbaycanlıları da "tatar" adlandırırdılar.

Digər üç sahə Tiflis quberniyasının Borçalı uyezdində yerləşirdi. Ümumilikdə, o zaman Borçalı uyezdi müxtəlif millətlərin qarışıq yaşadığı ərazi idi.

Heç bir etnik qrup və ya dini icma bu ərazidə aşkar çoxluğa malik deyildi.

Bununla belə, Borçalı uyezdlərinin ayrı-ayrılıqda təfsilatlı təhlilindən fərqli mənzərə doğur.

Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
Müsəlman tatarlar Borçalinski və Yekaterinenfeldski sahələrində çoxluq təşkil edib. Azərbaycanın Borçalıdakı ərazilərə iddiasının arxasında bu səbəb durub.

1886-cı ildə Borçalı uyezdinin Borçalı sahəsində əhalinin ümumi sayı 19109 olub. Onlardan tatarlar - 64,7 faiz, ermənilər - 35,1 faiz, gürcülər və imeretililər isə 0.04 faiz təşkil ediblər. Bu sahənin bütün müsəlman əhalisi tatarlardan ibarət olub. Onların 52,3 faizi sünni, 47,7 faizi isə şiə olub.

1886-cı ilin rəqəmlərinə görə, Borçalı uyezdinin Yekaterinenfeldski sahəsində əhalinin ümumi sayı 13973 olub. Onlardan tatrlar - 71,8 faiz, ermənilər - 10,3 faiz, almanlar - 8,7 faiz, yunanlar - 5,2 faiz, gürcülər və imeretililər - 4 faiz, ruslar isə 0.05 faiz təşkil ediblər. Bu sahədə bütün müsəlmanlar tatar olub, onların 44,5 faizi sünni və 54,5 faizi şiə olub.

Bakı eləcə də Borçalı uyezdinin Trialetski sahəsini də istəyib, lakin bu sahədə tatar-müsəlman əhalisi 24 faiz olub və onlar əsasən həmin sahənin cənub hissəsində yaşayıblar.

Beləliklə, Azərbaycanın irəli sürdüyü iddiaların arxasında demoqrafik dəlillər durub.

Üç sahənin əhalisinin strukurunda müsəlmanlar çoxluq təşkil edib.

Dördüncü sahədə müsəlmanlar əsasən cənub hissədə yaşayıb.

Gürcüstan höküməti həmin əraziləri Gürcüstanın ərazisi sayıb.

Onların mövqeyi 3 ayrı arqumentə söykənib.

Onların birinci arqumenti əvvəlki inzibati bölgünün üstünlüyə malik olması barədə hüquqi prinsipə əsaslanıb.

Rusiya İmperiyasındakı inzibati bölgüyə əsasən, həmin sahələr Tiflis quberniyasının tərkibində bu quberniya yarandığı vaxtdan olub.

Tiflis quberniyası Kutaisi quberniyası ilə birgə müstəqil Gürcüstanın özülünü təşkil edən bölgələr sayılır.

İkinci arqument tarixə istinad edib.

Bu ərazilərin Tiflis quberniyasına aid edilməsinin səbəbi həmin ərazilərə Rusiya hökmranlığından da əvvəl Gürcüstan çarlığının nəzarət etməsi olub.

Bu səbəbdən çarlığın sərhədləri Tiflis quberniyasının sərhədləri ilə üst-üstə düşüb.

"Qafqazın Pensilvaniyası" - Bakı və I Dünya Müharibəsi
21-ci ilin Qars müqaviləsi: bu necə baş verdi?
Nəhayət, Gürcüstan tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları olub.

Belə ki, bu üç rayon yeni respublikanın paytaxtı Tbilisyə çox yaxın idi.

Bu rayonların Azərbaycana verilməsi Tbilisini sərhəd şəhərinə çevirərdi.

Qeyd edilən dörd rayon ən əvvəldən iki respublika arasında mübahisəli əraziyə çevrildi.

1918-ci ilin iyununda, Gürcüstan hərbiyyəsi Almaniya ordusu bölümünün dəstəyi ilə Borçalı bölgəsinə girərək bu ərazini nəzarəti altına aldı.

Həmin dövrdə keçmiş Rusiya İmperiyası ordusunun müsəlman diviziyası Qarayazıda qaldı, Gəncədə isə o zaman Türk qüvvələri yerləşirdi. Nəticədə, Gürcüstan tərəfinin öz nəzarətini daha da genişləndirmək cəhdlərinin qarşısı alındı.

Müstəqilik dövrünün sonrakı 2 ili ərzində hər iki tərəf aralarındakı ərazi mübahisəsinin dinc həll yolunu tapmağa çalışıb.

1921-ci ildə Bolşeviklər Gürcüstanı tutaraq üç Cənub Qafqaz respublikalarına nəzarəti ələ keçirdilər.

Azərbaycan və Gürcüstan böyük federasiyanın tərkib hissələrinə çevrildilər.

ADR 100 - Milli kursantlar: polis, ədliyyə və hərbiyyə
Azərbaycana sovet təcrübəsi lazım idimi?
Borçalı Gürcüstanda qaldı. Bu ərazi Azərbaycana niyə verilmədi?

Bu sualın cavabını 1921-ci ildə Cənubi Qafqazda ərazi mübahisələrin həllinə Bolşevik yanaşmasında axtarmaq gərəkdir.

Bolşeviklər gələndə Cənubi Qafqazda üç respublika arasında hərəsinin hərəyə qarşılıqlı ərazi iddiaları var idi

Bu mübahisələrin həlli prosesində hər bir respublika eyni zamanda nəyisə qazandı, nəyisə də itirdi.

Gürcüstanla Azərbaycan arasında mübahisəyə gələndə, Zaqatala və Borçalı mübahisə predmeti olan iki böyük ərazi idi.

Azərbaycan Zaqatalanı özündə saxladığı halda, Gürcüstan özündə Borçalını saxladı.

Bolşevik vasitəçilər balansı gözləməyə çalışırdılar: Tortdan hərəyə bir tikə, təkbaşına isə tortu yemək olmazdı.
Dr. Harun Yılmaz
Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.