Kommunistlərə görə demokrat, cəbhəçilərə görə partokrat…
13-05-2018, 10:56
(Murad Babayev haqqında xatirələr)
Elemdar Memmedov
keçmiş prokuror
Murad müəllimlə ilk tanışlığım tələbəlik illərinə təsadüf edir. 1972-ci ildə I kursda oxuyarkən bizim qrupun uşaqları haylı-küylü Bahar bayramı keçirmək istəyərkən, yuxarı kurs tələbələri Əlbəndə Cabbarov, Yaqub Atamalıyev, Aydın Alıyev, Ağamirzə Xəlilovla birlikdə Murad müəllim də bizə dəstək oldu və maneələrə baxmayaraq, tədbiri keçirə bildik.
Murad müəllim hələ tələbə olarkan özünü aparması, rəftarı və ağayanalığı ilə ağsaqqal təsiri bağışlayırdı. Murad müəllim Mingəçevir şəhər prokuroru vəzifəsində işləyərkən kollegiyalarda görüşərdik. 1987-ci ildə o, Respublika Rrokurorunun I müavini vəzifəsinə təyin edildikdən sonra təbii ki, daha tez-tez götüşməli olurduq. Murad müəllim gənc yaşlarından müxtəlif vəzifələrdə işləyib səlahiyyət sahibi olsa da sadəliyini, danışıq tərzini heç vaxt dəyişmədi. Qərəzçilik hissindən uzaq olan Murad müəllim hətta xoşuna gəlməyən hadisəyə də yumorla münasibət bildirərdi. İki hadisə nəql etmək istəyirəm. O, hələ Mingəçevirdə işləyərkən mənim də yaxın dostluq münasibətində olduğum gənc prokurorlardan biri idarə etdiyi VAZ-2106 markalı avtomaşınla Bakıdan işlədiyi rayona gedərkən yolda maşının iki təkəri yararsız hala düşür. İki saata yaxın yolda qalan prokurorun köməyinə tanımadığı sürücü çatır. Təkərləri çıxarıb ona iki təkər verir. Təsadüfən həmin şəxs Murad müəllimin yaxın qohumu (səhv etmirəmsə bibisi oğlu) olur. Prokuror iki günə 4 təkər göndərəcəyinə söz versə də, heç öz təkərlərini də qaytarmır. Kollegiya iclasında bir yerdə olanda Murad müəllim hadisəni danışaraq mənə sual etdi:
- Ələmdar, hüquq elmində belə əməl necə qiymətləndirilir?
Mən də cavabında dedim:
– Hüquq elmində belə əməl dələduzluq adlanır.
Murad müəllim Respublika Prokurorunun I müavini olanda, hətta bir dəfə Baş Prokuror olanda da bizi bir yerdə görəndə eyni təbəssümlə həmin sualı verir və həmin cavabı alırdı. Nisbətən gənc yaşlarında dünyasını dəyişmiş Xankişi Rüstəmovun hüzür məclisində tələbə yoldaşı, işlədiyi dövrdə xətaya yol vermiş keçmiş prokurorlardan birinə Murad müəllim deyir:
-“N”sən ölməliydin, Xankişi öldü…
”N” incik formada soruşur:
- Mən niyə ölməliydim, Murad müəllim?
- Ona görə ki, sən hamımızdan yaşlısan – deyə, Murad müəllim yumorla incikliyi aradan götürür.
Murad müəllim ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirir və lazım gələndə iradə nümayiş etdirirdi. İki hadisə danışmaq istəyirəm: 1989-cu ilin oktyabr ayının əvvəllərində Cəlilabad rayonunda daha bir təxribat cəhdi baş verdi (Əvvəlki təxribatlar barədə bax: “20 Yanvara gedən yol”.). Belə ki, İran İslam Respublikasının Siyamək adlı vətəndaşı 1988-1989-cu illərdə icazə olmadan 4 dəfə sərhədi keçib Bakı şəhərinə gəlmiş, mitinqlərdə alovlu və radikal çıxışlar etmişdi. Məhz buna görə ona “İranın Neməti” deyirdilər. DTK-nin İstintaq İdarəsi tərəfindən CM-nin 76 maddəsinin 2-ci hissəsi ilə başlanılmış cinayət işi üzrə ona ittiham elan edilmiş və iş baxılması üçün Ali Məhkəməyə göndərilmişdi. Ali Məhkəmədə piketçilər məhkəmə araşdırmasını həyata keçirməyə imkan vermədiklərinə görə işə hansı səbəbdənsə Cəlilabad rayonunda baxılması qərara alınmışdı (Siyamək sərhədi Biləsuvar və İmişli rayonları ərzisində pozmuşdu.). Həmin vaxt Cəlilabadda mitinqlər ara vermirdi və qarşıdurma pik həddinə çatmışdı. Səhər saat 10 radələrində Murad Babayevin imzası ilə həmin işdə dövlət ittihamının müdafiəsinin mənə tapşırılması barədə teleqram aldım. Elə bu vaxt DTK-nin yerli şöbəsinin rəisi A.Orucov Sərhəd Qoşunlarının Xüsusi İdarəsinin polkovnik rütbəli zabiti ilə iş otağıma gəldi. Polkovnik məni dilə tutmağa başladı ki, Siyaməkin inzibati həbsini də Siz sanksiyalaşdırmısınız. Bakıda yoldaşlar işin baxılmasını təşkil edə bilmədilər. Bilirik ki, Siz güclü, əqidəli və nüfuzlu prokurorsunuz, istəsəniz bu işin baxılmasını təşkil edə bilərsiniz. Mən onlara bildirdim ki, cinayət işinin marerialları ilə tanış deyiləm. Dövlət ittihamının müdafiəsinin mənə tapşırılması barədə teleqramı isə yarım saat bundan əvvəl almışam. Onlar gedəndən sonra məhkəmədən zəng etdilər ki, Ali Məhkəmə üzvü Oqtay Maqsudov gəlib, məhbus da milis şöbəsindədir. Elə bu vaxt məhkəmənin qarşısında əllərində bayraq, plakat və səs gücləndirici qurğu ilə danışan piketçilər göründülər. İnsanlar yavaş-yavaş məhkəmənin ətrafına toplaşırdılar. Aydın məsələ idi ki, məhkəmə prosesinin Cəlilabadda keçirilməsi qarşıdurmanı daha da gücləndirəcəkdi. Mən Murad müəllimə zəng etdim. Bütün vəziyyəti ətraflı şərh edərək bildirdim ki, məhkəmənin Cəlilabadda keçirilməsi qanunsuz olmaqla yanaşı, qarşıdurmanı daha da gücləndirəcək. Murad müəllim dedi ki, məhkəmə prosesinin Bakıdan kənarda -Cəlilabadda keçirilməsini Mərkəzi Komitə tövsiyə etmişdir. İndi mən MK-ya gedib lazımi yoldaşlarla danışacağam. Yarım saatdan sonra Murad müəllim zəng edərək dedi ki, mən yoldaşları başa saldım. Sən işə dövlət ittihamçısı kimi çıxmaya bilərsən. Mən aşağı düşüb piketçilərin yanına gəldim. Mikrofonu çıxış edənin əlindən alıb dedim:
- Əziz cəlilabadlılar, Siyaməkin məhkəməsi Cəlilabadda keçirilməyəcək.
Piketçilər mənim bu xəbərimi alqışla qarşıladılar. Lakin mövqe qazanmaq istəyən Cəbhə liderləri məyus oldular…
1990-cı ilin yanvar ayının axırlarında hamı hüzn və kədər içində idi. Respublika Prokurorluğunda olarkən Murad müəllimlə görüşdüm. 20 Yanvar hadisələrinin istintaqını Zaqafqaziya Dairə Hərbi pokurorluğunun təşkil etdiyi istintaq qrupu aparırdı. Xalq Cəbhəsinin bir çox fəalları həbsə alınmışdı. Mən AXC İdarə Heyətinin üzvləri -univesitetdə mənə dərs demiş Firudun Səməndərovun və gənclik illərindən dostluq münasibətində olduğum Sabir Rüstəmxanlının taleyi ilə maraqlananda o dedi:
- Firudun Səməndərov, Sabir Rüstəmxanlı, Əbülfəz Əliyev bu xalqın qeyrətli oğullarıdır. Onların həbsə alınmasına imkan vermərik.
Qeyd etmək lazımdır ki, Murad müəllim Baş prokuror olanda idarə rəisi İdris Əsgərovla birlikdə 1992-ci ilin fevral ayında Moskva şəhərində 20 Yanvar hadisələrinin törədilməsində, şəhərə qoşun yeridilməsində bilavasitə iştirak etmiş SSRİ Ali Sovetinin sədri A.Lukyanovu, SSRİ Müdafiə naziri D.Yazovu, SSRİ DTK-nın sədri V.Kryuçkovu dindirmişdilər.
Murad müəllim yeri gələndə fədakarlıq etməyi də bacarırdı. 1987-ci ilin əvvəllərində Azərbaycan KP MK-nin bürosu “Yardımlı rayon partiya-sovet və hüquq-mühafizə orqanlarının işi ilə əlaqədar…” məsələ müzakirə etmiş, bir çox insanlar vəzifədən çıxarılmış və partiya cəzası almışdılar. Həmin müzakirədə MK-nin 1-ci katibinin çıxışında adı mafyoz element kimi hallandırılmış Yardımlı Raykoopittifaqının idarə heyətinin sədri Əli Quliyev haqqında material yoxlanılıb hüquqi qiymət verilməsi üçün xüsusi nəzarət qaydasında Cəlilabad rayon prokurorluğuna göndərilmişdi. Göndəriş məktubunda diqqəti çəkən iki cəhət var idi. Əvvəla, materialın yoxlanması şəxsən mənə həvalə edilir, ikincisi, qərar qəbul olunmazdan əvvəl rəhbərliyə məruzə edilməsi tapşırılırdı. Material üzrə yoxlama aparıb rəhbərliyə məruzə etmədən cinayət işi başlanmasını rədd etdim. Etiraf edim ki, bu diqqəsizlikdən irəli gələn məsuliyyətsizlik idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, mən bu hərəkətimlə Respublika Prokurorluğu rəhbərliyini çətin vəziyyətə salmışam. Altı aydan sonra MK-nın bürosunda bu məsələ gündəmə gəldiyindən məni Respublika Prokurorluğuna çağırdılar. Respublika Prokuroru İlyas İsmayılovun ilk sualı məni çaşdırdı:
- Nə üçün göstərişə əməl etməyib, qərar qəbulundan əvvəl rəhbərliyə məruzə etməmisiniz?
Düzü bu haqlı irad məni sarsıtmışdı. Cavab tapa bilmirdim. Həmişə mənə dəstək olub etimad göstərən rəhbərimin etibarını itirmək təhlükəsi ilə qarşılaşmışdım. Söhbətdə iştirak edən Murad müəllim, necə deyərlər, sinəsini qabağa verərək dedi:
- İlyas müəllim, Ələmdar qərar qəbul etməmişdən əvvəl materialı mənə məruzə edib (Əslində Murad müəllim göndərdiyim arayışla tanış olmuşdu. Qərar qəbul edərkən materialı ona məruzə etməmişdim.).
Bu hərəkəti ilə Murad müəllim məni, rəhbərliyin qanuni tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirən işçini ağır mənəvi əzabdan qurtardı (Bu hadisə ilə əlaqədar “Qanun şahdır, şah qanun deyil” başlıqlı yazıda ətraflı danışacağam.).
Murad müəllim lazım gələndə sərtlik və mətinlik də göstərirdi. Bir hadisə danışmaq istəyirəm. 1990-cı ilin avqust ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsindən çıxandan sonra bəzi həmkarlarımızın, necə deyərlər, əl-qolu açılmışdı. Elə İlyas müəllimin təbirincə desək, yeridiyi torpağın da ona borclu olmasını düşünənlər var idi. İlyas müəllimin kadrları hesab edilənlərə, o cümlədən mənə qarşı xoşagəlməz təqiblər başlanmışdı. Belə bir vaxtda təzə Baş Prokurora xüsusi yaxınlığı ilə seçilən və bunu hər yerdə qabardan qonşu rayon prokurorlarından biri və milis rəisi ilə aramızda ciddi münaqişə baş verdi. Münaqişənin səbəbini açıqlayıram. Saat 11 radələrində həmin rayonun SƏDM bölməsinin iki əməkdaşı iş otağıma gələrək prokuror və rəisin göstərişi ilə Andreyevka kəndində yerləşən şərab zavodunun maliyyə təsərrüfat fəaliyyətini yoxlayacaqlarını bildirdilər. Səbəb kimi həmin rayon ərazisində sürücünün maşınında 160 litr spirt aşkar olunduğunu, həmin spirti Cəlilabad rayonunun Andreyevka kəndində yol kənarında Kərəm adlı şəxsdən aldığını göstərdilər. Yarızarafat onlara dedim ki, deyəsən sizin prokurorla rəisə bir rayon azlıq edir. Saat 14 radələrində əvvəl milis rəisi, sonra prokuror zəng edərək az qala məni “işdən çıxartmaqla” hədələdilər. Yüz dəfələrlə çörək kəsdiyim üçün və məndən xeyli yaşlı olduqlarına görə onların “hüzuruna” getdim. Çox kəskin və xoşagəlməz söhbətimiz oldu. Sonucda axır sözümü dedim:
- Siz Cəlilabad rayonu ərazisində yoxlama apara bilsəniz, mən istefa verəcəyəm.
Haşiyə: Gizlətmirəm. İşlədiyim rayonlarda kənar yerdən, hətta Respublika Prokurorluğu və DİN-dən müdaxilə olunmasına qısqanclıqla yanaşmış, bir dəfə də olsun təsərrüfat və obyektlərdə yoxlama aparılmasına imkan verməmişəm. Bunu yerli hüquq-mühafizə orqnlarının işinə etimadsızlıq və müdaxilə kimi qiymətləndirmişəm. Cəlilabad, Zaqatala və Goranaboy rayonunun sakinləri bunu yaxşı xatırlayırlar.
Səhərisi gün həmin rayonun rabitə qovşağında işləyən, hörmətim keçmiş bir tanışım zəng edərək dedi:
- Ələmdar müəllim, indicə prokuror və rəis Baş Prokurorla danışıb sənin haqqında olmazın sözlər dedilər. İsmət müəllim də onlara dedi ki, Murad Babayevə tapşıracağam ki, bu işlə məşğul olsun. İndi onlar Murad Babayevlə danışacaqlar.
Qanunsuz da olsa, dostumun səyi ilə həmin danışığa qulaq asa bildim. Prokuror mənim haqqımda olmazın iftiralar danışdıqdan sonra, onların arasında belə dialoq baş vermişdi:
Muad müəllim:
- Sənə deyəsən bir rayon bəs etmir. Göndər məlumatı Ələmdar özü yoxlasın.
Prokuror:
- Sən də elə Ələmdar kimi danışırsan.
Murad müəllim:
- “Filankəs”! Mən sənin üçün Ələmdar deyiləm! Kimsən, kimin adamısan mənə dəxli yoxdur. Qanun Ələmdarın tərəfindədir!
Murad müəllim bunu deyib dəstəyi asdı. İki dəqiqə keçməmiş Murad müəllim mənə zəng etdi. Danışığın təfərrüatını açmadan məsləhət bildi ki, qərarla zavodun mal qalığını özüm yoxlayım. Mən belə də etdim və onlar Cəlilabad rayonunda yoxlama apara bilmədilər. Murad müəllim Baş Prokuror təyin olunduqdan sonra həmin şəxsi işdən çıxartdı…
1991-ci ildə Respublikamızda ilk dəfə İcra Hakimiyyəti institutu təsis olundu. Cəlilabad kimi mürəkkəb rayona bir gün də idarəçilik təcrübəsi olmayan, institutu eyni ildə qurtardığım və həmişə hörmətim keçmiş bir tələbə yoldaşımı başçı göndərdilər. Həmin vaxt məzuniyyətdə olduğumdan Moskva şəhərindən zəng edib onu təbrik etdim. Təxminən bir aydan sonra məzuniyyətimi tamamlayıb rayona qayıtdım və işə başlamağım barədə telefonla başçıya məlumat verdim. On gün müddətində məni dəvət etmədi. On gündən sonra köməkçisi zəng edərək başçının məni dəvət etdiyi bildirdi. İçəri girəndə gözlərimə inanmadım. Uzun illər ərzində tanıdığım adamdan əsər-əlamət qalmamışdı. Sanki boyu da uzanmışdı. Çox rəsmi şəkildə görüşüb yer göstərdi. Sonra qarşıma bir qovluq qoyaraq dedi:
- Üstünə qırmızı karandaşla işarə qoyduğum adamların fəaliyyətini yoxlayıb həbsə alarsan. Yaşıl karandaşla işarə qoyduğum adamları çağırıb işdən çıxması barədə göstəriş verərsən.
Cəlilabadda işlədiyim 7 il ərzində 3-cü dəfə idi ki, belə “sifariş” eşidirdim. Odur ki, cavabım sərt oldu:
- Mən prokuroram, “zakroyşik” deyiləm!
O, cavabında bildirdi ki, bizim bir yerdə işləməyimiz baş tutmayacaq. Görüşmədən ayrıldıq və bundan sonra onunla bir daha görüşmədik. Üç gündən sonra çox çirkin iş gördülər. Xalq Cəbhəsinin yatmış radikal qanadını qaldırıb, prokurorluğun qarşısında mənim istefa tələbimlə əlaqədar piket təşkil etdilər. Bu əməli ona görə çirkin hesab edirəm ki, rayonda sabitliyi qorumalı olan şəxslərin siyasi rəqiblərinə qarşı camaatı küçələrə tökməsinə başqa ad tapa bilmirəm. Cəlilabad camaatı yığışıb piketçilərin plakatlarını əllərindən alıb qovladılar. Rayon rəhbəri yaşlı adam olan milis rəisini 40 gün öncə aramızda baş vermiş münaqişə ilə əlaqədar Respublika Baş Prokurorluğuna şikayətə göndərdi. Artıq bütün körpülər yandırılmışdı. İki gündən sonra Murad müəllim məni dəvət etdi. Mən rəis haqqında DİN-nə təqdimat verilməsi ilə əlaqədar arayışı və icra hakimiyyətinin başçısı haqqında cinayət işi başlamağa əsas verən materialları götürüb Murad müəllimin qəbuluna getdim. Başçının haqqında cinayət işi başlamağa əsas verən çoxlu fakt var idi. Məsələn, işə başladığı günün səhərisi seçkili orqan olmasına baxmayraq, 1 №-li fərmanla Raykopittifaqın idarə heyətinin sədrini işdən çıxarıb, 2№-li fərmanla yerinə adam təyin etmişdi. Bu qəbildən olan 6-7 fərman vermişdi və bütün fərmanlar yerli qəzetdə çap olunmuşdu (Aydın məsələdir ki, rayon icra hakimiyyətinin başçısı fərman yox, sərəncam verə bilərdi.). Murad müəllim məni qəbul edərkən əvvəlcə milis rəisi ilə əlaqədar baş vermiş hadisəni soruşdu. Mən hər şeyi olduğu kimi danışıb onu da əlavə etdim ki, mənim leksikonumda söyüş yoxdur. Həm də nəzərə alın ki, bu hadisə 40 gün bundan qabaq olub. Sonra təqdimat verilməsi üçün arayışı təqdim etdim (Rəis həmin təqdimat əsasında sonradan işdən çıxarıldı.). İcra hakimiyyəti başçısı haqqında cinayət işi başlayıb, həbs-qəti imkan tədbiri seçmək barədə materialları Murad müəllimə təqdim etdim. Murad müəllim başçının hərəkətinə təəccübləndi. Sonra prezidentin onun şikayətinə əlavə edilmiş dərkənarını mənə göstərdi. (Yoldaş Babayev, xahiş edirəm yoxlayın və mənimlə danışın). Murad müəllim dedi ki, prezident mənə tapşırıq verdi ki, səni ya işdən çıxarım, ya da iş yerini dəyişim. O, həmçinin bildirdi ki, hazırda boş rayon olmadığına görə səni mülki şöbəyə rəis müavini təyin edirəm. Boş yer olan kimi yenə rayon prokuroru vəzifəsinə təyin edəcəyəm. Mən razılığımı bildirdim. Lakin axşamüstü Murad müəllim məni kollegiya üzvləri ilə qəbul edərək dedi:
- Biz İcra hakimiyyətinin başçısının sözü ilə rayon prokurorunun yerini dəyişə bilmərik. Get, öz işinə davam et.
Mən rayona qayıtdım. Lakin Cəlilabadda sakitlik olmadı. Başda RİK-in sədri işləmiş Tofiq Bağırov və RPK-nın 2-ci katibi olmuş Surə xanım Ağayeva olmaqla, rayon ictimaiyyəti mənim müdafiəmə qalxmışdı. Rayon DİŞ-nin 70 əməkdaşının imzası ilə mənim müdafiəm üçün Prezident Aparatına müraciət göndərilmişdi. Həmin müraciət “Ədalət” qəzetində dərc olunmuşdu. Mənim təşkilatçılığım və dəstəyim ilə deputatlar yığışıb, Prezident Aparatının və icra başçısının iradəsinin əleyhinə olaraq Tofiq Bağırovu Rayon Sovetinin sədri seçdilər (Sonralar Tofiq Bağırov uzun müddət Cəlilabad rayon İH-nin başçısı vəzifəsində işlədi). Nəhayət, Prezident Aparatının Ərazi İdarəetmə şöbəsinin müdiri Samur Novruzov rayona gəldi. Bütün tərəflərlə təkbətək görüşdü. Mənimlə bir saata yaxın davam edən söhbətimizdə heç kimin adını çəkmədən ümumi problemlərdən danışdım. Söhbətin yekununda Samur müəllim bildirdi ki, prezidentin tapşırığı ilə Siz bu rayondan getməlisiniz. Səhərisi günü mən Murad müəllimin qəbuluna gəlib, daha Cəlilabadda işləməyəcəyimi bildirdim. Murad müəllim Baş Prokurorun müavinləri Mirağa Cəfərquliyevi, Vaqif Nəzərovu və idarə rəisi İdris Əsgərovu dəvət etdi və qərarını açıqladı: “Ələmdar Cəlilabaddan getməlidir. Lakin onu daha böyük Lənkəran rayon prokuroru vəzifəsinə təyin etmək istəyirəm”. İnanılması zor olsa da, mən bu təklifi 2 gün qəbul etmədim. Arqumentim bundan ibarət idi ki, mənim Lənkəran rayon prokuroru vəzifəsinə təyin olunmağım dövlət başçısına meydan oxumaq kimi görünərdi. Nəhayət, Murad müəllim mənim yanımda dövlət müşaviri Sabir Hacıyevə zəng edərək dedi:
- Sabir müəllim, Ələmdar Lənkərana getmək istəmir. Onu Zaqatalaya, Nazim Tağıyevi Lənkərana göndərirəm.
Beləliklə Baş Prokuror Murad Babayevin 26 mart 1992-ci il tarixli əmri ilə Zaqatala rayon prokuroru vəzifəsinə təyin edildim. RİH-nin başçısını aprel ayının əvvəllərində işdən çıxartdılar…
Murad müəllim qətiyyətini Moskva qarşısında da göstərə bilirdi. 1983-cü ildən SSRİ hərbi prokurorluğu sistemində əmək fəaliyyətinə başlayan Rauf Kişiyev 1990-ci ildə Bakı Qarnizon Hərbi Prokurorunun müavini vəzifəsinə təyin edilir. “20 Yanvar”-la əlaqədar Zaqafqaziya Dairə Hərbi Prokurorluğu tərəfindən istintaq edilmiş cinayət işinin bir çox materialları Bakı Qarnizon Hərbi Prokurorluğunda saxlanılırdı. Azərbaycan Respublikası Baş Prokurorluğu həmin cinayət işlərini tələb edərkən Zaqafqaziya Dairə Hərbi Prokurorluğundan gələn tapşırığa əsasən cinayət işləri prokuror Quşşin tərəfindən Moskvaya göndərilir. Quşşinin qısa müddətli ezamiyyətdə olmasından istifadə edən Rauf Kişiyev bir hissəsi Bakı Qarnizon Hərbi Prokurorluğunda qalmış 30-40 cildlik cinayət işini və maddi sübutları Respublika Baş Prokurorluğuna göndərir. Bu hadisə Moskvanı qıcıqlandırır. SSRİ Baş Hərbi Prokurorunun müavini Kişiyevə zəng edərək onu həbsə almaqla hədələyir. Rauf Kişiyev təzəcə Baş Prokuror vəzifəsinə təyin edilmiş Murad müəllimin yanına gəlir. Murad müəllim telefonu götürüb SSRİ Baş Hərbi Prokuroru Stepankovla danışır. Təkzibedilməz faktlarla Raufun təqsirsiz olmasını sübut edir. Bir müddətdən sonra Murad müəllimin dəstəyi ilə Rauf Kişiyev Bakı Qarnizon Hərbi Prokuroru vəzifəsinə təyin edilir.
Haşiyə: Bu həmin Rauf Kişiyevdir ki, 1996-cı ildə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah-sursat verməsi barədə sənədləri əldə edə bilmişdi. Həmin vaxt Ermənistanın dövlət büdcəsi 400 milyon dollara çatmırdı.
1991-ci ilin axırlarında Murad müəllimin atası Sosialist Əməyi Qəhrəmanı, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, respublikada tanınmış adlı-sanlı şəxslərdən olan Köçəri Babayev vəfat etdi. Baş Prokurorluqdan yerlərə zəng edərək bildirdilər ki, Murad müəllimin şəxsi tapşırığıdır, heç kim hüzür yerinə gedə bilməz. Zəng edən yoldaşa dedim ki, mən Murad müəllimə görə deyil, Köçəri əmiyə görə gedəcəyəm. Biz hələ uşaq olarkən təsərrüfat rəhbəri olmuş atam və dayımla Köçəri kişinin münasibəti olmuşdu. Azərbaycanın ən böyük din alimi Şeyx Məhəmməd Cəlilabadlını maşına otuzdurub hüzür yerinə getdim. Şeyx içəri girəndə hamı ayağa qalxdı. Ölkənin Baş Prokuroru olsa da, Murad müəllim şeyxi böyük hörmətlə qəbul edib yola saldı. Ümumiyyətlə, sadəlik bu ailə üçün xarakterik xüsusiyyət olub. Uzun illər Cəbrayıl rayon prokuroru işləmiş Şamil Bağırov deyirdi ki, Murad Mingəçevir şəhər prokuroru, Respublika Prokurorunun I müavini işləyəndə, hətta Baş Prokuror olanda da Köçəri kişi ilə prokuror-kolxoz sədri münasibətimiz dəyişmədi.
Gürcüstanın Siqnaki rayonunda uzun illər kolxoz sədri işləmiş, hamının Arsen dayı deyə müraciət etdiyi hörmətli bir insan var idi. O, 25 il SSRİ Ali Sovetinin deputatı, Gürcüstan KP MK-nın üzvü olmuşdu. Bir dəfə mənim yanıma gələrək dedi:
- Mənim köhnə bir dostum var Azərbaycanda. Oğlu Prokurorluqda işləyirdi. 10 il olar ki, xəbərim yoxdur.
Ondan dostunun adını soruşduqda, bu adamın Köçəri Babayev olduğunu bildirdi. Cavab verdim ki, Köçəri kişi rəhmətə gedib, amma oğlu ilə danışdıra bilərəm. Həmin vaxt Murad müəllim Bakı şəhər Nəqliyyat Prokuroru vəzifəsində işləyirdi. Mən iki dəfə onları telefonla danışdırdım…
Murad müəllim çox çətin dövrdə Baş Prokuror oldu. Müstəqillik aktı qəbul edilsə də, hələ SSRİ dövləti var idi. Hətta SSRİ Dövləti dağıldıqdan sonra da müstəqilliyimizi tam əldə etsək də, SSRİ qanunları ilə işləyirdik. Ona görə də məsuliyyətlə demək olar ki,Murad Babayev sovet dövrünün sonuncu, müstəqillik dövrünün ilk Baş Prokurorudur. Xalq Cəbhəsi hakimiyyətə gələrkən kütləvi kadr dəyişikliyi etdilər. Baş Prokurorun 3 müavini, bir çox idarə rəisləri, Bakı şəhər prokuroru dərhal dəyişdirildi və onların yerinə əsasən meydandan qaçaraq gəlib nəfəslərini dərməmiş kreslo həvəskarları olan insanlar təyin edildi. Bakı şəhərində 11 rayon prokurorundan 10-u vəzifəsi ilə xudahafizləşməli oldu. Həmin dövrün xarakterik idarəçilik üsulu ilə əlaqədar bir hadisəni danışmaq istəyirəm. Zaqatalanın Car kəndində kolxoz idarə heyətinin inzibatı binasına girərək kassa pulları saxlanan kiçik həcmli seyfi oğurlamışdılar. Hadisə yeri müayinə olunmuş, cinayət işi başlanılmaqla istintaq-əməliyyat qrupu yaradılmışdı. Bir neçə gün keçmiş müstəntiq İlqar Əfəndiyev daxili telefonla Baş prokurorun adını çəkmək istəmədiyim müavininin mənimlə danışmaq istədiyini bildirdi. Tez birinci mərtəbəyə düşərək dəstəyi götürdüm. Müavin:
- Sizdə kolxozun seyfi oğurlanıb?!
Mən:
- Bəli, kolxozun inzibati binasından seyf oğurlanıb. CM-nin 88-1maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat qrupu təşkil edilib.
Müavin:
- Siz məsələnin siyasi mahiyyətini başa düşürsünüzmü? Bu hakimiyyətə meydan oxumaqdır. Odur ki, 72 saat ərzində cinayəti açıb, şəxsən mənə məruzə etməlisiniz!
Təbii ki, prokurorun əvəzinə müstəntiqə zəng edən, hüququ siyasiləşdirən müavinə zəng etmədim. Bütün bunlara baxmayaraq Murad müəllim panikaya düşmədi, radikal hərəkətlərə rəvac vermədi, prokurorluğun bel sütununu qoruya bildi. Xalq Cəbhəsində hakimiyyətin yuxarı mərtəbəsində oturanlar Murad müəllimi partokrat hesab edərək, onu Baş Prokuror vəzifəsindən kənarlaşdırdılar. Maraqlı burasıdır ki, 1988-1990-cı illərdə azadlıq hərəkatının bəzi üzvlərini müdafiə edib, cinayət təqibindən xilas etdiyinə görə, partiya rəhbərliyi onu demokrat hesab edirdi. Başqa sözlə, Murad müəllim kommunistlərə görə demokrat, cəbhəçilərə görə isə partokrat idi…