Difai kimlərin "QƏLƏMİNİ QIRDI ?

31-05-2018, 13:06           
Difai kimlərin "QƏLƏMİNİ QIRDI ?
teref.az - Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi.

Nəticə: Məhv edilir.

Molla Hadı adlı birinin ruslara işlədiyini öyrənirlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. "Difai" firqəsi Molla Hadının qətlinə qərar verir.

Nəticə: Məhv edilir.

Difai Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanovun Tiflisə gedəcəyini öyrənir.
Difai generalın arxasınca Tiflisə Hüsü adlı üzvünü göndərir.

Nəticə: Məhv edilir

General Kalasçapov Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Difai bunun üçün Tiflisə Bilal adlı üzvünü göndərir.

Nəticə: Məhv edilir

Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün haqqında Difai məhv etmə qərarı verir.

Nəticə: Məhv edilir

Gəncədəki polis rəisi Bannikov əhaliyə zülm edirdi. Difai onun da qələmini qırır.

Nəticə: Məhv edilir

Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə "daimi istirahət"ə göndərilir.

Nəticə: Məhv edilir
teref.az
Fotodakı şəxs Difainin üzvü Əfrasiyab Hacı Əzim oğlu Əzimovdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.