Nobel mükafatıçısından həyat haqqında MÜKƏMMƏL FİKİRLƏR - MÜTLƏQ OXUYUN!

31-05-2018, 20:27           

Nobel mükafatıçısından həyat haqqında MÜKƏMMƏL FİKİRLƏR - MÜTLƏQ OXUYUN!
Art 31 May 2018 19:00 99 Baxış
Nobel mükafatıçısından həyat haqqında MÜKƏMMƏL FİKİRLƏR - MÜTLƏQ OXUYUN!
İosif Brodskinin dünyagörüşünə nikbin demək çətindir, lakin böyük şair, filosof və mütəfəkkir yaxşı bilirdi ki, həyatda mürəkkəb vəziyyətlərlə mübarizə aparmaq olar və lazımdır.

Publika.az mürəkkəb kompozisiyalı, ağ şeirin ən böyük ustadı və Nobel mükafatı laureatı olan şairin əsərlərindən çətin anda kömək edəcək hikmətli fikirlərini toplayıb.

1. Yaşamaq asandır: Sadəcə anlamaq lazımdır ki, səndən də yaxşı adamlar var. Bu, həyatı çox asanlaşdırır.

2. Müstəqilliyimizi itirmək daha pisdir, nəinki bakirəliyi itirmək.

3. Vəziyyət nə qədər iyrənc olsa da, bunda kənar qüvvələri günahlandırmamağa çalışın: tarixi, dövləti, hakimiyyəti, irqçiliyi, valideynləri, uşaqlıq dövrü və s. Başqasını günahlandıran anda bir şeyi dəyişdirmək üçün şəxsi qətiyyətinizi pozursunuz.

4. Böyük ehtimalla dünyanı xilas etmək mümkün deyil, lakin fərd həmişə xilas ola bilər.

5. Həyatınızı bədbəxt etmək istəyənlərə fikir verməməyə çalışın. Belələri çox olacaq. Qaçmaq alınmırsa, onlara dözün, amma xilas olan kimi dərhal unudun.

6. Şərə qarşı ən etibarlı müdafiə üsulu həddindən artıq fərdidir: düşüncənin özünəməxsusluğu, qəribəlik, hətta istəsəniz, eksantriklik.

7. Tənhalıq şeylərin mahiyyətini öyrədir, çünki onların mahiyyəti də təklikdir.

8. Öz həyatımda, davranışımda mən ancaq həqiqətlərlə hərəkət etdim.

9. Gözəllik rahatdır, çünki təhlükəsizdir.

10. Kədərli həqiqət ondan ibarətdir ki, sözlər həqiqətdən əvvəl keçir.

11. Hər yaradıcılıq əslində duadır. Bütün yaradıcılıq Allaha yönəldilmişdir.

12. Kitabları yandırmaqdan daha ciddi cinayətlər var. Onları oxumamaq.

13. Estetika etikanın anasıdır.

14. Göründüyü kimi, yer həqiqətən yuvarlaqdır, çünki xatirələrdən başqa heç bir şey yoxdur.

15. İnsanlar artıq kim güclüdürsə, o da haqlıdır, yanaşmasından kənara çıxıb.

16. Pislikdən, qəzəbdən və nifrətdən heç kim qalib çıxa bilməz. Mövcud şərait onsuz da çox ağırdır ki, onları daha da mürəkkəbləşdirməyə dəyməz.

17. Öz təcrübəmdən bilirəm ki, beyin nə qədər az informasiya alırsa, təxəyyülün bir o qədər güclü işləyir.

18. Axmaq olma! Bununla belə, başqalarının olmadığını kimi ol!

19. İnsan nə oxuyursa, odur.

20. Qəbirdə onsuz da hamı eyni olacaq, heç olmasa, həyatda fərqli olaq.

21. Prinsiplərim yoxdur, sadəcə sinirlərim var.

22. Sevgi adətən işıq sürətilə gəlir, ayrılıq isə səs sürətiylə.

23. Sevgidə təmənnasız hiss var, birtərəfli küçə kimi.

24. Tragediya odur ki, barmağını özün kəsirsən. Komediya isə odur ki, açıq kanalizaya lyuklarına düşüb boynunu sındırırsan.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.