4 IYUN 1993.. ELÇIBƏYI QINAMAQ YANLIŞDIR
4-06-2018, 20:05
4 iyun 1993-cū il qiyamı Elçibəy hakimiyyətinin sūqutu oldu. Ancaq, bu sūqutda mən Elçibəyin gūnahı oldugunu deməzdim. Bu insanın məncə yeganə gūnahı o olub ki, həddən artıq humanist olub. Hamıya qarşı. Bu insanlıq, bu humanistlik onu xalq hərəkatının əzilən təbəqənin lideri etdi amma onun dövlət idarəçiliyinə mane oldu. Çox gūzəştlər etdi, cəza ehtiyac olan halda kadrlara.
S. Hūseynov qanunu xaincəsinə pozub qoşunu Agdərədən həlledici anda geri çəkəndə Elçibəy bunu dedi: "uşaq vaxtı yadımdadı, qonşunun bir danası qarğıdalılığa girmişdi, kişi hirsləndi oglu yazığın başına çomaq vurdu, yeganə oglu öldū, sonra arvadı dərddən öldū, sonra özū dözməyib öldū. Indi nə edək ki, Surət də bizim vətənimizin övladıdır, vuraq öldūrəkmi?" Və cəzasız buraxdı.
Məhz, Elçibəyin hakimiyyət ūzvlərinin, kadrların onun belə humanistliyindən sui-istifadə etməsi, bunu zəiflik kimi qəbul edərək, anarxiya yaradıb dövlətçilik sisteminə zidd buraxma və özbaşına hərəkətlər etməsi bu hakimiyyətin də sūqutunu gətirdi. Buna səbəb kimi Rusiya, İran, erməni, H. Əliyev faktorları göstərilməsi ikinci dərəcəlidir.. Bunlarsız da, hətta Surət qiyamısız da Elçibəyin hakimiyyəti sūquta məhkum idi artıq bu gedişlə
Daxili İşlər Naziri cumub redaktoru döyūrsə və prezident onun əvəzindən ūzr istəyirsə və nazir çıxış edib deyirsə ki, yaxşı eləmişəm, prezidenti döymūş hesabdı. Mūdafiə Naziri tv-də çıxış edir deyirsə ki, filan şey olsa, başıma gūllə vuracam, bu səviyyə davranışla artıq o bu gūlləni dövlətin onun başçısının başına vurmuş olur. OMON-un komandiri cumub DİN-in iş otağını gūllələyirsə, bu būtūn hūquq-mūhafizə sistemini gūllələmiş olur. Digər nazirliklər, vəzifəlilər də dartışmada..
Dövlət bir motordu, içindəki detallar hamısı eyni məqsədə, sistemli, qaydalı olaraq xidmət edir. Bu sistem pozuldusa, detallar yerindən oynayıb da, hərəsi agzina gələn tərəfə vurdusa, nə olur? Motor "stuk" edir.. Elçibəyin də sūrdūyū maşının motoru beləcə "stuk" etdi.. Rəhmətlik də, Bakını məhz öz doğma komandasından inciyib, kūsūb tərk edib Kələkiyə getdi. Və sonralar dedi ki, bir fağır prezidnt dūşmūşdū əlinizə soldan-sağdan vurdunuz, qoymadınız..
Ona görə, həmin köhnə qvardiya (iki səviyyəli və layiqli islahatçı və klassik partiyalar istisna) xalqın gələcək demokratik hakimiyyətinə heç də iddialı olmalı deyil ki, H. Əliyev hakimiyyəti bizdən alıb və bizə də qaytarılmalıdır.. Bu gūn, xalq içindən çıxan yeni insanlar, yeni qūvvələr var ortada və getdikcə bu potensial ūzə çıxır.. Nəhayət, xalq oyanıb, yetişib öz həyatını idarə etməyə gūvənli siyasi qūvvələri tanıya biləcək.
İlqar Altay
teref.az