Başçılar yerlərini möhkəmlədir... - Hələlik adlarını pərçimlədiblər...

22-05-2019, 19:09           
Başçılar yerlərini möhkəmlədir... - Hələlik adlarını pərçimlədiblər...
Yenicə olaraq rəhbərləri dəyişdirilən, daha doğrusu, bir-birilə əvəzlənən Saatlı və Sabirabad rayonlarında bir canlanma ab-havası var desək, yanılmarıq. Bu daha çox postlarını yeniləyən başçıların öz komandalarını qurmaları üçün nümayiş etdirdikləri çabalarla müşaiyət olunur.

Dünən DİA.AZ olaraq xəbər vermişdik ki, hətta Saatlıdan Sabirabada transfer olunan Siraqəddin Cabbarov daha da irəli gedərək yeni rayonunda kəşfiyyat işlərinə də çıxıb. Deyilənə görə, "ərazini öyrənmə" adı altında Siraqəddin müəllim əslində Sabirabadda almalı-satmalı yerləri müəyyən etməkdədir.

Dia.az bildirir ki, hər iki rayonda dəyişikliyin baş verməsi həm də yerli icra hakimiyyətlərinin rəsmi saytlarında da müşahidə olunur:


Belə ki, artıq hər iki başçı özünü RİH-in rəsmi internet səhifəsində"aformit" etdirib.

Maraqlı orasıdır ki, hər iki başçının elə ilk yeni vəzifə günlərindən ilginc addım atmaları ilə diqqətə gəldikləri də deyilir. Bu barədə növbəti yazıda. Bizi izləyin...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.