Gənc bloqqer Bərdədə "analoqsuz" inkşafdan yazdı - FOTO
19-06-2019, 08:13

Teref.az yazır ki, gənc bloqqer Bərdədə "analoqsuz" inkşafdan yazdı və bu inkşafı göstərən fotoları paylaşdı. Gənc bloqqer Elgün Gəncimsoyun yazdıqlarını sizə təqdim edirik:
"Gördüyünüz bu xanımlar Pakistan Ordusunun Hindistanda özəl əməliyyat keçirən Xüsusi Təyinatlı qrupu deyil. Hindistan demişkən heç Hindistan ərazisində hərəkət edən sərnişin qatarı da deyil. Sərnişin demişkən heç sərnişin də deyillər. Bunlar yaltaq jurnalistlərin "Çiçəklənən Bərdə"sinin təhqir etdiyi Azərbaycan xanımlarıdır. Bərdəli məmurların təhqir elədiyi, elə öz Bərdələrindəcə rəzil günə saldıqları xanımlar... Nə bilmək olar hansı əsgər anasıdır, hansı əlil anası..?! Hansının dünyaya gətirdiyi övlad bu Vətən üçün Qəhraman olacaq...
Düzdü, səliqəli küçələr, müasir işıq dirəkləri və o dirəklərindən asılan çoxlu sayda Dövlət Bayrağımız var Vidadi İsayevə həvalə olunan Bərdə rayonunda. Amma bu bayraqların altından Sovet Azərbaycanına məxsus qeydiyyat nişanlı maşının Anaları belə daşıması heç də müasir və sürətlə inkişaf edən Azərbaycandan xəbər vermir. Sizcə bu Vətənə xəyanət deyilmi?!! Axı erməni də Xocalıda analarımızı təhqir etmişdi...
Mən görüntüsünü ürək ağrısı ilə yaydığım hər bir xanımdan üzr istəyirəm. Ona görə onlardan üzr istəyirəm ki onlar bir tikə çörəyə görə susurlar. Hələ lap sabah həmin bir tikə çörəyə xatir məhkəmədə üzümə dirənsələr belə onlardan üzr istəyəcəm... Və qınamayacağam...
Bilirsinizmi niyə, cənab bərdəli məmurlar?!
-Çünki onların ərlərinin sürücüsü yoxdur ki o sürücü ilə evdən 150 000 dollar götürüb qaçsın kayf eləməyə...
Elgün Gəncimsoy"
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az




