3 milyon manata yaxın vergi borcu olan şirkətə - 3,6 MİLYON MANATLIQ SİFARİŞ

24-09-2020, 06:38           
3 milyon manata yaxın vergi borcu olan şirkətə -
Bakı Sağlamlıq Mərkəzi tenderinin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi "Azəri-Med" MMC qazanıb.
Sağlamlıq mərkəzi dərman preparatları və tibbi sərf malları üçün "Azəri-Med" MMC-yə 3 milyon 600 min manat ödəyəcək.

Qeyd edək ki, "Azəri-Med" MMC 2 iyul 2004-cü ildə 1020 manat kapitalla qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hazırda "Azəri-Med" MMC-nin 2 milyon 915 min 128 manat vergi borcu var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.