Ağsu rayon İcra və Probasiya şöbəsində Emin Əhmədli "BAZAR" ACIB - VİDEO

25-04-2021, 13:38           
Ağsu rayon İcra və Probasiya şöbəsində Emin Əhmədli "BAZAR" ACIB - VİDEO
Ağsu rayon İcra və Probasiya şöbəsi vətəndaşları incitməklə son dönəmlər adından söz etdirməyi bacarıb.

Onsuzda bankların yüksək faiz və cərimələrlə yüklədiyi vətəndaşları birdə İcra və Probasiya şöbəsi incidir. Kredit borcunu ödəyə bilməyən vətəndaşın ailə vəziyyəti, maddi durumu, sosial vəziyyəti nəzərə alınmadan aldığı maaş və ya təqaüdün 50 faizinin tutulmasını həyata keçirirlər.

Qanunla nəzərdə tutulub ki, ailə üzvlərinin sayı nəzərə alınaraq, onlar üçün nəzərdə tutulmuş minimum yaşayış həddi çıxıldıqdan sonra yerdə qalan pulu qərarla tuta bilərlər. Lakin heç bir qanun və qərara məhəl qoymayan Ağsu Rayon İcra və Probasiya şöbəsi indiyə qədər görülməmiş rüşvətxorluğu ilədə məşhurdurlar.

Qaynarxett.az xəbər verir ki, idarənin rəisi Emin Əhmədli və Fərid adlı əməkdaş vətəndaşlardan rüşvət tələb edərək maaş və təqaüdlərinə yönəlmənin az faizə endirilməsinə söz verirlər. Dedikləri məbləği verməyən vətəndaşın heç bir sosial vəziyyəti nəzərə alınmadan gəlirlərinin 50 faizini tuturlar.

Banka borcu olan və aylıq gəliri 300 manat olan bir vətəndaş əgər 5 nəfər ailə üzvünə həmin gəliri ilə baxırsa, banka olan borcuna görə həmin məbləğin 150 manatı tutulursa, həmin vətəndaş ailəsini necə dolandıra bilər?

Məhz Fərid adlı əməkdaşla rəis bazar açaraq öz dilləri ilə rüşvət tələb edirlər. Narazılıq etdikdə isə biz heç bir orqandan qorxmuruq deyə cavab verirlər.

Ağsu əhalisinin kasıblıqla, işsizliklə, borc-xərclə apardığı mübarizəyə birdə bu qurum qoşulub.

İnanırıq ki, Ağsu İcra və Probasiya Şöbəsinin etdiyi bu qanunsuzluğa lazımı instansiyalardan reaksiya gələcək.

Vətəndaş pul götürübsə, onu qaytarmaq borcudur, lakin vətəndaşın ailə vəziyyətini nəzərə aldıqdan sonra yönəltmələr olsa, daha qanuna uyğun olardı.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.