1 saylı notariat-tərcümə kontorunda nələr baş verir..? - Kontorun qabağında avtomobil saxlamağın cəriməsi neçəyə başa gəlir..?

25-06-2022, 09:06           
1 saylı notariat-tərcümə kontorunda nələr baş verir..? -
Yazıya giriş olaraq onu qeyd edək ki, hazırda Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan 99-u dövlət, 56-sı xüsusi notariat kontorudur. Notarius fəaliyyəti ilə isə 173 nəfər məşğul olur. Onlardan 104 nəfəri dövlət, 69 nəfəri xüsusi notariat kontorlarında fəaliyyət göstərir.
Bir neçə il əvvəl bəzi hüquq müdafiəçiləri mediada yazırdı ki, Azərbaycanda niyə özəl notariat kantoru yoxdur ?
Yaxşı, buna icazə verildi və bu gün Azərbaycanda xeyli sayda özəl notariat kantoru fəaliyyət göstərir. Amma…
Əmması odur ki, işlər yaxşıya getmək əvəzinə pisliyə gedir.
Belə ki, özəl notariat kantorlar saxta etibarnamələr adı altında kiminsə evini, torpağını, yaxud avtomobilini kiməsə satır…
Yəni notariat kontorların verdiyi sənədlər məhkəmələrdə dövlətin adından verilən sənəd kimi qəbul edilir və qərarların qəbul edilməsinə əsas olur.
Sözün qısası, notariat kantorların verdiyi sənədlər rəsmi dövlət sənədi kimi qəbul edilir.
Çox təəssüf ki, son illər bu notariat kontorların verdiyi sənədlərin çoxu saxta, cinayət əməlləri ilə bağlı olur.
Və ən dəhşətlisi odur ki, bu kontorların verdiyi sənədlər məhkəmələrdə hüquqi sənəd kimi qəbul edilir. Və bu sənədlərin əsasında məhkəmə qətnaməsi qəbul edilir.
Belə hüquq kontorlarından biri də Azərbaycan Pedoqoji Universiteti ilə üzbəüz yerləşən 1 saylı Notariat Ofisidir.
Bu ofisdə sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi ilə bağlı verilən sənədlərdə kifayət qədər falsifikasiya var.
Başa düşürük ki, özəl-xüsusi notariat kontorudur.
Deməli, notariat kontorun qarşısında vətəndaşlar avtomobil saxlayıb kontorun xidmətindən istifadə etmək üçün “50 manat cərimə” ödəməlidirlər.
Bəli, əgər kontoru açmısansa, qarşısında vətəndaşların avtomobili üçün şərait yaradılmalıdır.
Bu məqamda oxuculardan üzr istəyərək bir söz deməliyik.
Azərbaycanda kimsə, çayxana, yeməkxana açır, amma ictimai-iaşə müəssisəsinin ayaqyolusu-tualeti olmur.
Bu necə rüsvayçılıqdırsa, hüquq kontorunun qabağında avtomobil saxlamamaq da elədir.
Sözün qısası, dövlətimiz xüsusi notariat kontorlarının fəaliyyətinə qanuni imkan yaratdı.
Amma bəzi xüsusi notariuslar bundan öz şəxsi maraqları üçün istifadə etməyə başladı.
Növbəti yazıda 1 saylı notariat kontorunun xüsusi notariusları Famil Sabitovun və Elvin Hüseynovun əməllərindn bəhs edəcəyik.
P.S. 26 gün öncə, hansı notarius rəisi böyük məbləğdə pul uduzub yazısı növbəti sayımızda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.