TƏCİLİ!!DTX Naxçıvan MR xəstəxanasında əməliyyatlara başlayıb: Saxlanılanlar var

16-12-2022, 16:01           
TƏCİLİ!!DTX Naxçıvan MR xəstəxanasında əməliyyatlara başlayıb:
DTX Naxçıvan MR xəstəxanasını araşdırmağa başlayıb.
Ovqat.com-un məlumatına görə, xəstəxananın üzündən zəhrimar yağan baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.
Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.
“Xüsusilə Zəbur həkimin vəziyyəti ürəkaçan deyil”, - mənbəmiz bildirib.
Qeyd edək ki, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarından 60 keçid balından cəmi 11 bal toplayaraq mənfi rekord qırmışdı. Həmin imtahanda Ramazan həkimlə yanaşı Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini Türkan İsmayılova və bu gün saxlanıldığı bildirilən Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova da yetərli bal toplaya bilməyib ələnmişdilər.
Bu həkimlərin diplomlarının da saxta olduğuna dair şayiələr var.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru