Naxçıvanda ildırım sürəti ilə DYP-də baş inspektor olan Məhəmməd İmanov "0 cinayət" siyasətini "uğurla" həyata keçirdir... FOTO

17-12-2022, 09:54           
Naxçıvanda ildırım sürəti ilə DYP-də baş inspektor olan Məhəmməd İmanov "0 cinayət" siyasətini "uğurla" həyata keçirdir...  FOTO
Tanış olun: Naxçıvanın "maşın qəssabı" Məhəmməd Nizami oğlu İmanov
Naxçıvan Doğum Mərkəzinin Baş həkimi Kəmalə Qurbanovanın (rəhbərlik etdiyi tibb müəssisəsində baş verən uşaq və ana ölümlərinə görə ona "Qəssab Kəmalə" də deyirlər) oğlu Məhəmməd İmanov da anasına çəkib.
Naxçıvan sürücüləri bildirirlər ki, polis baş leytenantı Məhəmməd İmanov onlara göz verir, işıq vermir. Ona da el arasında "maşın qəssabı" deyirmişlər.

Teref.az yazır ki, bunu jurnalist Heydər Oğuz deyir. Fikirlərini şərh edən Heydər Oğuz daha sonra deyir:
Maraqlıdır ki, hazırda Naxçıvan Yol Polisində ən qəddar "maşın qəssabı" işləyən Məhəmməd İmanov 4 ildə 4 vəzifə dəyişib. Əvvəl Naxçıvan polis orqanlarında sahə inspektoru kimi əmək fəaliyyətinə başlayan Məhəmməd İmanov qısa müddətdən sonra cinayət axtarışı idarəsində əməliyyat müvəkkili vəzifəsinə keçib. Ardınca da daha yağlı idarədə - Naxçıvan MR DİN-in DYP idarəsində baş inspektor vəzifəsində işləyib. Nəhayət DYP-nin ən yağlı şöbəsinə - inzibati cərimələr üzrə baş inspektor vəzifəsinə hoppanıb. Hazırda Naxçıvanın əksər sürücüləri cərimələrini Məhəmməd İmanova ödəyir. Məhəmməd İmanov isə Vasif xanın "0 cinayət" siyasətini əsas götürüb dövlətə yox, öz cibinə qulluq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru