İlahiyyatçıya işıq borcunun olması ilə bağlı göndərilən qəbz saxta imiş – “Nə əsasla maxinasiya edirsiniz?”

15-03-2023, 17:44           
İlahiyyatçıya işıq borcunun olması ilə bağlı göndərilən qəbz saxta imiş – “Nə əsasla maxinasiya edirsiniz?”
“Ünvanıma gələn saxta qəbzlə bağlı “Azərişıq” ASC-yə müraciət etdim. Qəbzləri rəisə və rəis müavininə göstərdim, saxta olduğu təsdiqləndi. Smart tipli sayğaclara bildiriş verilmir, borc bildirişi, ümumiyyətlə, verilməməli idi. Naməlum şəxs bunu necə əldə edib, o da bilinmir. Eyni zamanda yoxladılar ki, borcum yoxdur. Rəis müavini qorxudan əsirdi. Dedim ki, mərdimazarlıq etmək, işinizə qarışmaq niyyətim yoxdur, sadəcə, borcumun olmaması ilə bağlı mənə rəsmi arayış verin. Böyük bir saxtakarlıqda ad-soyadımdan, abunə kodumdan nəyə görə istifadə olunmalıdır? Sabah adımıza yüklü miqdarda borc gələ bilər. Mənə dedilər ki, rəsmi müraciət edin, rəsmi cavab verərik. Müavin ardımca gəldi, dedi ki, nə yazacaqsan? Dedim, şikayət ərizəsi yazacağam, indi rəsmi cavab verin, mən də rahat olum ki, adıma gələn ay 200 manat borc gəlməyəcək. Müavin dedi ki, qərar var, on gün sonra verərik. Axı məsələnin nə yerdə olduğunu bilirsiniz, nəyi araşdırırsınız?”

TEREF.AZ bildirir ki, bu barədə ilahiyyatçı Hacı Təyyar Hüseynli Pravda.az-a ünvanladığı şikayətində bildirib.

“Rəisin müavininə dedim ki, siz çox qanunsuzluqlar etmisiniz. Sonra polisə getdim. Bütün məsələləri yazılı şəkildə təqdim etdim. Bu, hər kəsin başına gələ bilər. Smart kartla pulumu ödəyib, işığımı yandırmışam. Nə əsasla maxinasiya edirsiniz? Sonra elə bilərlər ki, bunlarla bir yerdə yeyintiyə yol vermişəm, kiməm, nəçiyəm... Belə hallar olur, böyük yeyintiləri sıradan işçilərin, digər şəxslərin adına, kartına yönəldirlər, bunu biz bilirik”, - ilahiyyatçı deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.