Fransa Rusiyadan rekord həcmdə LNG alıb

19-11-2024, 10:08           
Fransa Rusiyadan rekord həcmdə LNG alıb
2024-cü ildə Fransa rekord həcmdə Rusiya sıxılmış təbii qazı (LNG) idxal edib.

Bu barəd "Bloomberg" agentliyi məlumt yayıb.

Rusiya yanacağının idxalı ilin əvvəlindən bəri 2018-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb. Xüsusilə Belçika sərhədi yaxınlığında yerləşən Dünkirk terminalına tədarük kəskin artıb.

Analitiklərin qeyd etdiyinə görə, Avropa hələ də Rusiyanın Arktikadakı ən böyük zavodu olan "Yamal LNG"dan gələn yüklər üçün cəlbedici məkandır. "TotalEnergies SE", "Naturgy Energy Group SA" və Almaniyanın "Securing Energy for Europe GmbH" (SEFE) şirkətləri bu zavoddan yanacaq almaq üçün müqavilələr imzalayıb.

Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq barədə bəyanatlarına baxmayaraq, qaz kəmərləri vasitəsilə tədarükün dayanması səbəbindən blok sıxılmış təbii qaz vasitəsilə ehtiyacları qarşılamaq məcburiyyətində qalır. Fransaya çatdırılan Rusiya qazının nə qədərinin məhz bu ölkədə istehlak edildiyi bəlli deyil.

LNG regazifikasiya olunduqdan sonra vahid şəbəkəyə daxil olur, burada digər yanacaqla qarışaraq Avropanın digər ölkələrinə sərbəst şəkildə daşınır.

Metan saxlama terminallarına görə Fransa LNG idxalçısına çevrilib və bu yanacağın bir hissəsi sonradan Şərqi Avropa ölkələrinə göndərilir və orada istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru